+2 səs
168 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-Koreya İnsidentləri haqqında

1 cavab var:

+1 səs
 

1) 1866 il insidenti - Pxenyan rayonunda kral qəbirlərində qazıntı işləri aparmaq bəhanəsi ilə ABŞ-ın «General Şerman» silahlı gəmisinin Koreyaya müdaxiləsi; Koreyanın məhəlli sularını (Ərazi suları) tərk etmək barədə şəhər administrasiyasının tələblərinə baxmayaraq, Amerika əsgərləri sahilə çıxaraq, dinc əhaliyə divan tutmuşlar. Gəmi yerli qarnizon tərəfindən batırılmışdır.

Amerika tərəfi Koreya hökumətinə təzyiq göstərməyə çalışaraq, «General Şerman» gəmisi ilə bağlı insidentdən bəhanə kimi istifadə edib, 1867- 68-ci illərdə Koreyaya daha iki hərbi gəmi göndərmişdir.

2) V.1868 il insidenti - Amerikanın «Çayna» və «Qreta» hərbi gəmilərinin iki dəfə Koreyanın məhəlli sularına soxulması; sahilə desant çıxarılması hərbi toqquşmalarla müşayiət olundu. Müdaxiləçilər elə həmin ayda Koreya ərazisindən qovuldular.

3) 1871 il insidenti - ABŞ hərbi- dəniz eskadrasının Koreyaya müdaxiləsi; 1866 il insidentinin araşdırılması hərbi ekspedisiyanın göndərilməsinə rəsmi bəhanə oldu. Beş gəmidən üçünün sıradan çıxmasından sonra Amerika eskadrası geri oturmalı oldu.

Hərbi ekspedisiyalar və müdaxilə Koreyanı qeyri-bərabər hüquqlu ticarət müqavilələri bağlamaq və onun təbii sərvətlərini istismar etməkdən ötrü limanları açmağa sövq etmək məqsədilə həyata keçirilirdi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
...