+1 səs
185 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-Kolumbiya Müqavilələri haqqında

1 cavab var:

0 səs
 

1) 1846 il müqaviləsi (Beynəlxalq müqavilə) -, sülh, dostluq, naviqasiya və ticarət əlaqələrinə dair, 12.XII. Kolumbiyanın (o zaman Yeni Qrenada adlandırdı) paytaxtı Boqotada imzalanıb. Müqaviləyə əsasən, ABŞ Panama bərzəxindən salınması lahiyələşdirilən tranzit yoldan (dəmiryolu və ya kanal olacağından asılı olmayaraq) Yeni Qrenada ilə bərabər qaydada istifadə etmək hüququ əldə edirdi. ABŞ bu yolun onun üçün həmişə açıq olacağı əvəzində Yeni Qrenadanın bərzəx üzərində suveren hüquqlarını (Suverenlik) təmin edəcəyini öhdəyə götürürdü.

ABŞ müqavilə bağlamaqda tələsir və bununla da İngiltərə və Fransanı qabaqlamağa çalışırdı, çünki həmin dövrdə bu iki ölkə Nikaraqua ilə onun ərazisindən keçəcək okeanlararası kanal çəkmək barədə danışıqlar aparırdı.

Kanal çəkilməsi üstündə ABŞ ilə İngiltərə arasında gedən diplomatik mücadilə iki tərəfin 1850 il kompromis müqavilə bağlaması ilə nəticələndi.

2) 1914 il müqaviləsi; 06.IV Boqotoda imzalanıb. Kolumbiyanın daxili işlərinə ABŞ-ın qarışması («Panama inqilabı» deyilən üsyanı təxribat yolu ilə təşkil etməsi) və faktiki olaraq 1903 il Panama kanalı zonasını işğal etməsi nəticəsində iki ölkə arasında yaranan münaqişəni nizama saldı.

1906 ildə ABŞ Kolumbiya hökumətinə ABŞ, Kolumbiya və Panama arasında protokol imzalamağı təklif etdi. Protokola görə, Kolumbiya Panamanı müstəqil dövlət kimi tanıyırsa, ABŞ kanal zonasının əvəzi kimi Panamaya ödəyəcəyi pul kompensasiyasının bir hissəsini Kolumbiyaya verəcək, üstəlik Kolumbiya kanaldan ticarət və ya öz qoşunlarının yerləşdirməsini həyata keçirmək məqsədilə istifadə edərkən gömrük rüsumu ödəməyəcəkdi. Protokol 17.VII.1907 ildə imzalanıb. Protokol ABŞ Senatı tərəfindən təsdiq edilsə də, Kolumbiya Konqresi onu rədd etmişdi.

ABŞ 1913 ildə Kolumbiyaya yeni variantda saziş bağlamağı təklif etdi. Bu varianta görə, Kolumbiya 10 mln. dollar məbləğdə pul almalı və Panamanın müstəqilliyini və sərhədlərini tanımalı idi. Kolumbiya həmçinin San- Andres limanında və «Qarabasma» zonasındakı bazaları ABŞ-a verməli və öz ərazisində, Artita çayı rayonunda ABŞ-a daha bir okeanlararası kanal çəkmək hüququ verməli idi. Kolumbiya bu «variantı» rədd etdi.

Müqaviləyə görə, Kolumbiya Panamanın müstəqilliyini tanıyır və buna əvəz olaraq öz qoşunlarını, hərbi sursat və döyüş gəmilərini gömrük rüsumu ödəmədən kanaldan keçirmək hüququ əldə edirdi. Kanal zonasında kolumbiy- alılar ABŞ vətəndaşları ilə bərabər hüquqlara malik olurdular; kanal vasitəsi ilə daşınan Kolumbiya mallarına ABŞ malları üçün müəyyən edilmiş rejim qoyulurdu. ABŞ öhdəyə götürürdü ki, Kolumbiyaya 25 mln. dollar qızıl pul ödəyəcək və Kolumbiya ilə Panama arasında «sülh və dostluq» müqaviləsinin bağlanmasnı təmin edəcəkdir. T.Ruzvelt (Ruzvelt Teodor) və onun tərəfdarları Müqavilənin ratifikasiyasına mane oldular.

ABŞ Senatı Müqaviləni ancaq 20.IV. 1921 ildə ratifikasiya etdi. Qızğın daxili siyasi mübarizədən sonra 01.111.1922 ildə Kolumbiya Müqaviləni ratifikasiya etdi.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...