+2 səs
173 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-Kanada Hərbi Sazişləri haqqında?

1 cavab var:

0 səs
 

ABŞ və Kanadanın 12.11.1947 ildə yaydıqları Birgə Bəyanatda Kanada ərazisində hərbi, hərbi-dəniz və hərbi-hava bazaları və digər hərbi tikililər salınmasını, silahların standartlaşdırılması və unifikasiyası hərbi sazişlər üçün hüquqi əsas oldu. 28-30.IV.1952 ildə bağlanan sazişə əsasən, ABŞ təyyarələri Kanada ərazisində yerləşən bütün hərbi baza və aerodromlardan maneəsiz istifadə edə bilərdilər. V.1959 ildə bağlanan əməkdaşlıq və atom enerjisindən hərbi məqsədlər üçün istifadəyə dair saziş ABŞ-a Kanada ərazisində nüvə silahları yerləşdirmək hüququ verdi.

1951-1959 illərdə silsilə sazişlər (01.VIII.1951, 05.V, 13 və 15.VI.1955, 13.IV və 13.VII.1959) bağlandı və 60- 70 illərdə dəfələrlə dəqiqləşdirildi. Onlara əsasən, ABŞ Kanada ərazisində erkən xəbərdarlıq üçün radar sistemləri yaratmaq hüququ əldə etdi. 12.V.1958 ildə Şimali Amerika Birləşmiş Aviasiya Komandanlığının (NORAD) təsis olunmasına dair saziş bağlandı. Saziş nüvə silahı daşıyan Amerika bombardmançı təyyarələrinin Kanada ərazisi üzərində maneəsiz uçmasına icazə verirdi. ABŞ- ın 02.X. 1981 ildə elan edilən «Strateji modernləşdirmə proqramı» NORAD sistemi çərçivəsində ən azı 6 əlavə AVAKS təyyarələrinin geniş tətbiqini, habelə 5 qırıcı-tutucu eskadrilyanın «F- 15» təyyarələri ilə təchiz olunmasını nəzərdə tuturdu.

11.1983 ildə 5 il müddətinə və sonradan onun həmin müddətə uzadılması imkanını nəzərdə tutan saziş bağlandı. S. ABŞ hərbi komandanlığına Kanadanın ərazisində, onun hava məkanından müxtəlif silah növlərinin, o cümlədən qanadlı raketlərin sınaqdan keçirilməsi üçün istifadə etmək imkanı verdi.

50-60 illərdə də bir sıra sazişlər (27.111.1951, 08.XI.1960, 15.XI.1963, 08.VII.1967) bağlanmışdır. Bu sənədlər «mülki müdafiə» planlarını əlaqələndirməyi və müvafiq informasiya mübadiləsi aparmağı nəzərdə tutur.

Sazişlər ABŞ və Kanadanın hərbi-strateji planlarının sıx əlaqələndirilməsini təmin edir.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...