+1 səs
165 baxış
Şəxslər, Tarix bölməsində

Amerika - İsrail Sazişləri haqqında

1 cavab var:

0 səs
 

1)1975 il sazişi; ABŞ senatının xarici işlər üzrə komissiyasının qərarına əsasən, IX.1975 ildə imzalanıb və «ABŞ- israil və ABŞ-Misir arasında qarşılıqlı anlaşma Memorandumu» adı ilə tanınan bəzi sazişlərə açıqlama verirdi. Bu sənədlər aşağıdakıları ehtiva edirdi:

a) ABŞ - israil sazişi; sənəddə ABŞ Sinay yarımadasının bir sıra rayonlarından israil ordularının geri çəkilməsinə dair 1975 ildə bağlanan İsrail-Misir sazişini dəstəklədiyini bildirir, israilin tam və uzun müddətə müasir hərbi texnikaya olan tələbatını ödəyəcəyini və ona iqtisadi, xüsusilə də energetika sahəsində yardım göstərəcəyi barədə öhdəlik götürürdü. Saziş qoşunların aralanması barədə razılaşmanın Misir tərəfindən pozulduğu təqdirdə tərəflərin məsləhətləşmələr keçirməsini nəzərdə tutur və sazişin yerinə yetirilməsinə mənfi təsir göstərə biləcək BMT Təhlükəsizlik Şurasının istənilən qərarına ABŞ-ın veto qoymaq öhdəliyini təsdiqləyirdi;

b) Hərbi iqtisadi yardıma dair qoşma sənəd; ABŞ hökumətinin israilə yardım göstərməkdə qərarlı olduğunu və bu niyyətin təsdiq olunması üçün hər il ABŞ Konqresinə təkliflər vermək barədə vədini əks etdirir;

v) Cenevrə sülh konfransına aid təminatlar; Yaxın Şərqə dair yeni sülh konfransının (Beynəlxalq konfranslar) çağırılması vaxtının ABŞ ilə israil arasında razılaşdırılacağı bildirilirdi. ABŞ öhdəyə götürürdü ki, Fələstin Azadlıq Təşkilatını tanımamaq və onun konfransda iştirakına yol verməmək siyasətini davam etdirəcək və konfransda mühüm məsələlərə dair danışıqların ikitərəfli əsasda, yəni israil ilə ayrı-ayrı qonşu ölkələr arasında aparılması üçün bütün imkanlardan istifadə etməyə çalışacaqdır;

c) ABŞ-ın Misir qarşısında öhdəlikləri; ABŞ Suriya ilə israil arasında danışıqların təşkilinə kömək etməyə nazir olduğunu bildirir, qoşunları ayırmağa dair İsrail-Misir sazişinin israil tərəfindən pozulduğu təqdirdə ona qarşı tədbirlər görməyi, habelə erkən xəbərdarlıq sisteminin yaradılmasında Misirə texniki yardım göstərməyi öhdəyə götürürdü.

2) israilin təhlükəsizliyinə dair 1979 il memorandumu; 1979 il Misir- israil «sülh» müqaviləsinin bağlanması ilə əlaqədar 26.III. Vaşinqtonda imzalanıb. ABŞ bir daha təsdiq edirdi ki, «sülh» müqaviləsinə riayət olunması üzrə lazımi tədbirlər görəcək və razılaşma pozulduqda, yaxud pozulmasına təhlükə yarandıqda diplomatik, iqtisadi və hərbi tədbirlərə əl atacaqdır.

3) 1981 il sazişi; 30.XI. Vaşinqtonda ABŞ və israil arasında hərbi əməkdaşlığın çərçivəsini xeyli dərəcədə genişləndirən «Qarşılıqlı anlaşma Memorandumu» imzalanıb. Bu S.-lə yaradılması nəzərdə tutulan Əlaqələndirmə Şurasına və işçi qruplarına birgə hərbi manevrlər hazırlayıb həyata keçirmək (xüsusən Şərqi Aralıq dənizində), «döyüş hazırlığını təmin etmək üzrə birgə tədbirlər» işləyib hazırlamaq, habelə israil ərazisində ağır Amerika silahı yerləşdirmək tapşırıldı. Bu isə əslində israil hərbi bazalarının ABŞ-ın «çevik əməliyyat qüvvələrinin» istifadəsinə verilməsi demək idi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
...