+3 səs
188 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-İspaniya Sazişləri Və Müqaviləsi haqqında

1 cavab var:

+1 səs
 

1) 1953 il sazişləri; «iqtisadi yardım», «qarşılıqlı müdafiə məqsədləri ilə yardım» barədə, 26.IX. Madriddə imzalanıb.

«Müdafiəyə dair» sazişə əsasən, ABŞ İspaniya ərazisində 3 hərbi- hava, 1 hərbi dəniz bazası tikib istifadə etmək hüququ əldə etdi. Müharibə olduğu halda və dinc şəraitdə ABŞ «nəzarəti» altında olan bu bazalar İspaniya hökumətinin razılığı ilə rəsmi olaraq Amerika komandanlığına verilə bilərdi. ABŞ İspaniya ordusunu müasir silahlarla təchiz etməyi də öhdəyə götürürdü.

S. 26.IX.1963 ildə 5 il müddətinə uzadılıb. Eyni zamanda müdafiə məsələləri üzrə daimi məşvərət komitəsinin yaradılması barədə qərar qəbul edilmişdi. İspaniya hökuməti 1966 ildə nüvə silahı daşıyan Amerika təyyarələrinin İspaniyanın hava məkanından istifadə etməsinə qadağa qoydu.

«İqtisadi yardım» sazişi İspaniyada Franko rejiminə iqtisadi yardım göstərilməsinin şərtlərini müəyyənləşdirirdi.

2) 1970 il sazişi; bazalara dair, 6.VIII Vaşinqtonda imzalanıb. İspaniya ABŞ-ın bazalardan istifadə etməkdə sərbəstliyini nisbətən məhdudlaşdırdı və onların icarə haqqını artırmağa nail oldu. Məşvərət Komitəsini Müdafiə Məsələləri üzrə Birgə Əlaqələndirmə Komitəsinə çevirmək barədə qərar qəbul edildi. ABŞ İspaniyaya Amerika hərbi texnikasını almaq üçün 120 mln. dollar məbləğdə kredit verməyi öhdəyə götürdü.

3) 1976 il müqaviləsi (Beynəlxalq müqavilə), dostluğa dair, 24.1 Madriddə 5 il müddətinə imzalanıb. M,- yə əsasən, ABŞ hərbi bazalardan istifadə hüququnu özündə saxlayır, əvəzində İspaniyaya 5 il ərzində 1250 mln. dollar məbləğində hərbi-iqtisadi yardım göstərməyi öhdəyə götürürdü. Bundan əlavə, ABŞ 1.VII. 1979 ilədək Rotdakı hərbi-dəniz bazasından nüvə silahı yüklənən sualtı qayıqları çıxarmağı da öhdəyə götürürdü. İspaniyanın rəsmi məlumatlarına görə, ABŞ bu öhdəliyə əməl edib.

X.1976 ildə M.-nin şərtlərinə uyğun olaraq, İspaniya-Amerika Şurası təşkil edildi. Şuranın tərkibində Birləşmiş Hərbi Komitə və Hərbi siyasi və hərbi-inzibati problemlər üzrə komitə, 11.1977 ildə isə ABŞ və İspaniyanın NATO ilə Qərbin «müdafiəsi» üzrə birgə səylərini əlaqələndirən Xüsusi Komissiya yaradıldı.

4) 1982 il sazişi; dostluq, müdafiə və əməkdaşlığa dair, 2.VII Madriddə imzalanıb. 14.V.1983 ildə qüvvəyə minib, 5 il müddətinə bağlanıb. Saziş ABŞ hərbi qüvvələrinin İspaniya ərazisindəki 3 HHQ və 1 HDQ bazalarından İspaniyanın Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvü olarkən müəyyənləşdirilən şərtlərlə istifadə etmək hüququnu təsdiq etdi. Əvəzində ABŞ İspaniyaya 2 mlrd, dollar məbləğdə hərbi- iqtisadi yardım göstərməyi öhdəyə götürdü. Sazişə əlavə olunan 24.11.1983 il protokoluna əsasən, İspaniyanın NATO-ya üzvülüyünə Şimali Atlantika Blokunun siyasi təşkilatına mənsubluğu kimi baxılmalı, İspaniyanın NATO ilə münasibətlərində baş verə biləcək hər hansı dəyişiklik isə sazişə bütövlükdə yenidən baxılması ilə nəticələnməli idi.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
...