+3 голосов
157 просмотров
от в категории Şəxslər, Tarix

Amerika-İran Müqavilələri Və Sazişləri haqqında

1 Ответ

0 голосов
от
 
Лучший ответ

1) 1856 il müqaviləsi (Beynəlxalq müqavilə)', dostluq və ticarətə dair, Herat üstündə baş vermiş İngiltərə-iran müharibəsi zamanı 13.XII istanbulda imzalanıb. ABŞ-la iran arasında normal diplomatik münasibətlərin başlanğıcını qoydu.

2) 1943 il ticarət müqaviləsi; 8.IV Vaşinqtonda imzalanıb. Müqavilədə gömrük rüsumlarının və vergilərin tutulmasına münasibətdə ən əlverişli şərait yaradılmasının qeyd-şərtsiz prinsipi nəzərdə tutulur.

3) 1947 il sazişi; iranda Amerika hərbi missiyasına dair, 6.X. Tehranda imzalanıb. Sazişə görə, Baş qərargahın və hərbi nazirliyin bütün departamentlərinin işinin əsasları ilə tanış olmaqdan ötrü ABŞ irana hərbi missiya göndərmək hüququ əldə edirdi. Üstəlik hərbi missiyanın başçısı və üzvləri iran ordusunun istənilən müəssisəsində ola və orada təftiş apara bilərdilər.

4) 1950 il sazişi; müdafiə məqsədilə qarşılıqlı yardıma dair; 23.V., Vaşinqtonda imzalanıb. ABŞ hökuməti İrana hərbi sursat və ləvazimatla maddi yardım göstərməyi, iran hökuməti isə sazişdə nəzərdə tutulan tədbirləri həyata keçirmək üçün ABŞ-dan gələn texniki heyəti qəbul etməyi öhdəyə götürürdülər.

5) 1955 il müqaviləsi; dostluq, iqtisadi münasibətlər və konsulluq hüquqlarına dair; 15.VII Tehranda imzalanıb. Konsulluq nümayəndələrilə mübadiləni, sərbəst ticarəti və gəmiçiliyi nəzərdə tuturdu.

6) 1959 il sazişi (Ankara hərbi razılaşması); 15.111 Ankarada imzalanıb irana qarşı təcavüz baş verdiyi halda

ABŞ-ın köməyə gələcəyini və «bütün zəruri addımları atacağını, hətta silahlı qüvvələrdən belə istifadə edəcəyini» nəzərdə tuturdu. Saziş ABŞ-ın irana hərbi və iqtisadi kömək göstərməyə və birgə hərbi-strateji tədbirlər həyata keçirməyə hazır olduğunu təsdiq edirdi. Eyni məzmunlu sazişlər Türkiyə və Pakistanla da imzalanıb.

7) 1961 il sazişi; ABŞ və iran hökumətləri arasında iqtisadi və texniki əməkdaşlığa dair ümumi razılaşma;

21.XII Tehranda imzalanıb. Sazişin həyata keçirilməsi üzrə Amerika missiyasına (Diplomatik missiya) diplomatik toxunulmazlıq (Diplomatik imtiyazlar və toxunulmazlıq hüquqları) hüququ verilməsini və irana gətirilən ABŞ mallarının gömrük rüsumu və vergilərdən azad edilməsini nəzərdə tuturdu. Saziş ABŞ-ın iranda mövqeyinin möhkəmlənməsinə geniş imkan yaradırdı.

1978-1979 illər inqilabı nəticəsində iranda şahlıq üsuli-idarəsinin devrilməsi ilə ABŞ-ın irandakı mövqeyinə güclü zərbə vuruldu, iran islam Respublikası hökuməti əvvəllər ABŞ-la imzalanmış bir çox müqavilə və sazişlərin, o cümlədən 15.111.1959 ildə Ankara hərbi sazişinin ləğv olunduğunu elan etdi.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 голосов
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 голосов
2 ответов
+3 голосов
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 голосов
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
...