0 səs
308 baxış

Quraqlıq nədir?

1 cavab var:

0 səs

Zəif yağıntının düşdüyü yaz və yay aylarında uzun müddət yüksək temperaturda yaranan hava şəraiti quraqlıq adlanır. Bu, təbiətin ən təhlükəli hadisəsidir. Torpaq özünün rütubətini tamamilə itirir, bəzən bitkilər tamamilə quruma dərəcəsinə çatır. Məhsuldarlığın kəskin azalması aclığa səbəb olur, nəticədə yüz minlərlə insanın və heyvanın həyatına son qoyur. Epidemiyadan, dəhşətli xəstəlikdən bütöv şəhərlər məhv olur. Hal-hazırda quraqlıq bir sıra inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Afrika ölkələrində böyük bədbəxtliklərə səbəb olur. Lakin inkişaf etmiş ölkələrdə bu problem o qədər də faciəli deyil. Bununla belə, bu prosesin qarşısını almaq üçün külli miqdarda vəsait tələb olunur.

Quraqlıq atmosferdə uzun müddət yüksək təzyiq, yəni antisiklonun hakim kəsilməsilə bağlıdır. Enən hava kütlələri, isti hava şəraitində bulud və yağışın yaranmasına mane olur, günəş isə aydın havanı qızdıraraq qurudur. Rusiyada isti yay dövründə Volqaboyunda, Qərbi Sibirin cənubunda, Kubanda quraqlıq müşahidə edilir. Onlar tez-tez meşə yanğınlarının, bitkilərin, heyvanların məhv olmasına səbəb olur. Bundan başqa, quraqlıqda istiliyin, Günəş zərbəsinin təsirindən hər il yüzlərcə adam məhv olur. Güclü şaxtalar istisna olmaqla, ABŞ-da istidən ölənlərin sayı digər təbii fəlakətlər nəticəsində məhv olanlardan daha çoxdur.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 27 Sentyabrda anonim
0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 17 Sentyabrda anonim
0 səs
0 cavab
soruşub 11 Sentyabrda anonim Biznes, Maliyyə bölməsində
0 səs
0 cavab
soruşub 15 İyulda anonim
...