+1 səs
134 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-İngiltərə Sazişləri (İkinci Dünya Müharibəsindən Sonra)

1 cavab var:

0 səs
 

1950 ildən yüksək səviyyədə aparılan danışıqların gedişində əldə edilən və ingilis-amerikan «xüsusi münasibətlərinin» mühüm aspektini təşkil edən sənədlər; onların əksər hallarda şifahi razılaşma xarakteri daşımasına və ikitərəfli rəsmi sənədlər kimi tərtib olunmasına baxmayaraq, qərb ölkələrinin xarici siyasətlərinin formalaşmasına güclü təsir göstərmişdir.

Belə ki, Böyük Britaniyanın baş naziri K.Ettli və ABŞ prezidenti H.Trumen arasında 4-8.XII. 1950 il görüşü zamanı NATO ölkələrinin yenidən silahlanması, Avropada NATO silahlı qüvvələrinin Baş Komandanı vəzifəsinin təsis edilməsi, strateji xammal ehtiyatlarının yaradılması, Koreyada müharibəni davam etdirmək üçün konkret tədbirlərin hazırlanması barədə razılıq əldə edildi, «strateji ma terialların» qərb ölkələrindən sosialist ölkələrinə ixracına maneə yaradılması qərara alındı.

ABŞ-ingiltərə münasibətlərində 1957 il Bermud müşavirəsi mühüm yer tutur. Böyük Britaniyanın baş naziri Q.Makmillan və ABŞ prezidenti D.Ey- zenhauerin 23-25.X.1957 ildə apardıqları danışıqlar nticəsində qəbul olunan ümumi məqsədlərə dair bəyannamədə «qarşılıqlı asılılıq» doktransı qəbul edilib, Qərbin hərbi hazırlıq proqramının sürətləndirilməsi ideyası irəli sürülüb. Bu proqramda qərb ölkələri arasında, ələlxüsus Amerika ilə İngiltərə arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, bütün beynəlxalq məsələlərdə onların siyasətlərinin əlaqələndirilməsi, qarşılıqlı münasibətlərdə ümumi mövqedən çıxış edilməsi, silahlanmanın, xüsusən də nüvə və raket silahları istehsalının artırılması nəzərdə tutulurdu. Danışıqlarda həmçinin Avropada Amerika nüvə silahlarının yerləşdirilməsi, orta mənzilli raketlərin NATO komandanlığının ixtiyarına verilməsi planlaşdırıldı. NATO-nun belə yenidən qurulması bu blok içərisində bir növ Amerika-ingiltərə direktoriyasının yaradılmasını nəzərdə tuturdu ki, bu da Fransa, AFR və digər blok iştirakçılarının ciddi narazılığına gətirib çıxardı. Eyzenhauer Makmillana vəd edirdi ki, Amerikanın nüvə silahlarına aid gizli məlumatlarla İngiltərənin tanış olmasından ötrü Amerika qanunvericiliyində dəyişikliklər edilməsinə səy göstərəcəkdir (1958 ilin avqustunda Amerika Konqresi bu barədə müvafiq qanun qəbul etdi).

Eyzenhauerlə Makmillan arasında 19-24.111 1959 ildə aparılan danışıqlar nəticəsində ABŞ, Böyük Britaniya və Fransa dövlətlərinin Sovet hökumətinə veriləcək 26.111.1959 il nota sının mətni razılaşdırıldı. Notada birgə müşavirə keçirmək barədə təklifilə razılaşdıqlarını bildirdilər.

28-29.111.1960 ildə Amerika prezidentinin Böyük Britaniyanın baş naziri ilə görüşündə Eyzenhauer İngiltərəyə «Skaybolt» raketlərinin satılmasına razılıq verdi. Bu razılaşma ilə bağlı 1960 ilin iyununda saziş imzalandı. Öz növbəsində Makmillan Amerikanın «Polaris» raketləri ilə silahlanan atom sualtı qayıqlarının Şotlandiyanın Xoli- lox hərbi-dəniz bazasından istifadə etməsinə razılıq verdi.

21-22.XII. 1961 ildə aparılan danışıqlar zamanı ABŞ prezidenti C.Kennedi Makmillana məlumat verdi ki, ABŞ atmosferdə atom bombasının sınağına yenidən başlamaq fikrindədir və bu məqsədlə o vaxtlar Britaniyanın Sakit okeandakı müstəmləkəsi olan Rojdestvo adasından (1979 ildən bu ada Kiribati dövlətinin tərkibindədir) istifadə etmək üçün Makmillanın prinsipial razılığını aldı.

Nüvə sahəsində ABŞ, İngiltərə və başqa dövlətlər arasında perspektivdə əməkdaşlıq 1962 il Nassau müşavirəsində, habelə Kennedi ilə Makmillan arasında 29-30.VI. 1963 il və L.Consonla H.Vİlson arasında 7- 8.XIII.1964 il danışıqlarında da əsas yer tutmuşdur.

Amerika prezidenti R.Niksonla Böyük Britaniyanın baş naziri E.Hit arasında 17-18.XII. 1970 il danışıqları zamanı ABŞ Britaniya dövlətinin silahlı qüvvələrinin bir hissəsinin 1971 il müdafiə haqqında beştərəfli müqavilə (Beynəlxalq müqavilə) əsasında Malayziya və Sinqapurda saxlanmasını dəstəklədi. E.Hit Amerika tərəfinə Süveyş kanalından şərqə, o cümlədən iran körfəzinə aid bəzi öhdəliklərin dəyişdiriləcəyi barədə məlumat verərək

Afrika və Hind okeanı hövzəsinin strateji əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Dieqo-Qarsia adasında ingilis- amerikan hərbi-dəniz bazasının və rabitə mərkəzinin tikiləcəyi barədə məlumat verildi. Nikson öz növbəsində Hitə söz verdi ki, ABŞ Avropada yerləşdirdiyi hərbi qüvvələrini ixtisar etməyəcək və orada özünün mövcud hərbi gücünü saxlayacaqdır.

14-18.XII.1979 ildə ABŞ prezidenti C,Karterlə Böyük Britaniyanın baş naziri M.Tetçerin görüşü zamanı M.Tetçer bildirdi ki, İngiltərə NATO-nun orta mənzilli «Perşinq-2» və qanadlı Amerika raketlərinin qərbi Avropada, o cümlədən Böyük Britaniya ərazisində yerləşdirilməsi haqqında razılaşmanı bir daha təsdiq edir.

Böyük Britaniyaya onun atom sualtı qayıqları üçün yeni «Traydent-1» raketləri göndərmək barədə razılaşma əldə edildi və sonralar (10.XII.1980) bu razılaşma məktublar mübadiləsilə təsbit edildi.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...