+2 səs
181 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-İngiltərə Müqaviləsi (1794) nədir?

1 cavab var:

0 səs
 

Dostluq, ticarət və dənizçiliyə dair; ABŞ-ın xüsusi müvəkkili C.Cey ilə Britaniya xarici işlər naziri lord Qrenvil arasında 19.XI. Londonda imzalanıb. Müqavilə (Beynəlxalq müqavilə) 1783 il Versal sülh müqaviləsinin bir sıra maddələrini tərəflərin yerinə yetirməməsi ilə bağlı İngiltərə ilə ABŞ arasında yaranmış köhnə mübahisələri, habelə İngiltərə-Fransa müharibəsinin doğurduğu münaqişələri tənzimləməli idi. Müqavilə ABŞ üçün heç də tam bərabər hüquqlu deyildi. ABŞ və Böyük Britaniya limanları arasında daşımaları həyata keçirən hər iki tərəfin gəmiləri üçün eyni rejim müəyyən edilsə də, Vest-Hind ilə ticarət edən Amerika gəmilərinin tonnajı məhdudlaşdırılırdı. Bu gəmilərin Vest-Hinddən ancaq ABŞ-a yük daşımaq hüququ vardı, oradan pambıq, şəkər, qəhvə, kakao daşımaq qadağan edilirdi. Amerika gəmilərinin şəxsi heyətlərinin ingilislər tərəfindən zəbt olunması məsələsi açıq qalırdı. Amerika-Kanada sərhədində xəz dəri ticarətinə icazə verilir və hər iki tərəfin gəmilərinin Missisipi çayında üzmək hüququ təsdiq edilirdi. İngiltərə 1783 il Versal sülh müqaviləsi ilə ABŞ- a keçən ərazilərdə sərhədyanı istehkamları 01.VI.1796 ilə qədər boşaltmağı öhdəyə götürürdü.

Müqavilə ABŞ-ın Kanada ilə sərhədlərini dəqiqləşdirmək üzrə qarışıq Amerika-ingiltərə komissiyalarının yaradılmasını nəzərdə tuturdu. Komissiyalar ABŞ vətəndaşlarının ingilislərə borclarının məbləğini, ingilis taxt-tacı tərəfdarlarının əmlaklarının istiqlaliyyət uğrunda mübarizə zamanı Birləşmiş Ştatlar tərəfindən müsadirə olunması nəticəsində dəyən zərərin həcmini, həmçinin ingilis hərb gəmilərinin hərəkətlərilə amerikalılara vurulan ziyanı müəyyənləşdirməli idi.

Müqaviləni ABŞ senatı 24.VI. 1795 ildə ratifikasiya etmişdir.

Vest-Hind ilə ticarətə dair mübahisəli məsələ ABŞ-ın xeyrinə son olaraq 1830 ildə, Amerika-Kanada sərhədinin dəqiqləşdirilməsi isə yalnız 1842 ildə tənzimləndi (Vebster-Aşberton müqaviləsi).

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
...