+1 голос
169 просмотров
от в категории Şəxslər, Tarix

Amerika - Fransa Sazişləri

1 Ответ

+1 голос
от
 
Лучший ответ

1) 1946 il maliyyə sazişləri; 28.V Vaşinqtonda imzalanıb; müharibə zamanı verilmiş kreditlər üçün borcların son olaraq tənzimlənməsinə dair memorandum, ticarət siyasəti məsələlərinə dair Fransa və ABŞ hökumətlərinin birgə bəyanatları və s. sənədlər bu sazişlərə daxildir. Tərəflər lendliz və qarşılıqlı yardıma dair məsələlərin son olaraq tənzimlənməsi, habelə ABŞ-ın Fransada və «dənizarxası ərazilərdə» yerləşən quru və hərbi-dəniz qüvvələrinə Fransanın sahib çıxması barədə tam razılığa gəldilər. Bu məqsədlə Fransaya 720 mln. dollar məbləğdə kredit verildi. Fransa iqtisadiyyatının bərpası və sonrakı inkişafı məqsədilə ABŞ-ın ixrac-idxal bankı Fransa üçün 6580 mln. dollarlıq kredit açdı. ABŞ hökuməti Almaniyadan fasiləsiz və kifayət qədər daş kömür gətirilməsində Fransaya köməklik göstərməyə hazır olduğunu bildirdi. Tərəflər həmçinin beynəlxalq ticarətin liberallaşdırılması- nın ümumi prinsiplərinə və inkişafına dair razılıq əldə etdilər.

2) Qarşılıqlı müdafiə sahəsində köməkliyə dair 1950 il sazişi; 27.1 Vaşinqtonda imzalanıb. Tərəflər «Şimali Atlantika zonasının inteqrasiyalı müdafiəsini inkişaf etdirmək məqsədilə və NATO-nun müdafiə planına müvafiq olaraq bir-birinə hərbi avadanlıq, material göndərmək, xidmət və başqa hərbi köməklik göstərmək» barədə razılığa gəldilər. Fransa göndərilən silahlardan razılaşdırılmış yerlərdən və məqsədlərdən kənar istifadə etməməyi öhdəyə götürür, habelə ABŞ hökumətinə onun ehtiyac duya biləcəyi xammal və yarımfabrikatların verilməsində köməklik göstərməyə razı oldu. Hər iki tərəf bir- birinə ötürülən informasiya və xidmətlərin məxfiliyini qorumağı, habelə hazırki sazişə aidiyyəti olan bütün məsələlər üzrə məsləhətləşməyi öhdəyə götürürdülər.

3) 1957 il sazişi; müdafiə sahəsində patentlər və texniki informasiya mübadiləsinə dair, 12.111. Parisdə imzalanıb, 28.V-10.VII. 1959 il notaları (Diplomatik nota) ilə tamamlanıb və dəqiqləşdirilib.

4) 1959 il sazişi; atom enerjisindən müdafiə məqsədlərilə qarşılıqlı istifadəyə dair, 07.V Vaşinqtonda imzalanıb. Saziş sualtı nüvə qayığı mühərrikinin istismarı məqsədilə ABŞ tərəfindən Fransaya 10 il ərzində zənginləşmiş uran satışını, habelə nüvə yanacağı emalını və sualtı nüvə qayığının tikintisində köməklik göstərilməsini nəzərdə tuturdu.

5) 1960 il sazişi; silah istehsalı proqoramına dair 19.IX Parisdə bağlanıb. ABŞ Fransaya hərbi avadanlıq, material və informasiya göndərməyi öhdəyə alır, həm də qeyd olunurdu ki, bu kömək istər sırf Fransa hökuməti tərəfindən qəbul olunan layihələrin həyata keçirilməsində, istərsə də NATO üzvlərinin hərbi istehsalını əlaqələndirən birgə proqramların icrasında tətbiq oluna bilər. Bunun müqabilində Fransa ABŞ hökumətinə birgə müdafiə məqsədilə mövcud hərbi obyektlərin inkişafı, yaxud yenilərinin tikilməsi üçün torpaq sahələri, binalar, avadanlıq və material verməyi öhdəyə götürürdü.

6) 1961 il sazişi; birgə müdafiə məqsədilə nüvə silahından istifadə sahəsində əməkdaşlığa dair, 27.VII Parisdə imzalanıb, 9.X. 1965 ildə qüvvəyə minib. Tərəflər informasiya mübadiləsi aparmaq, habelə bir-birinə atom silahı sisteminin qeyri-nüvə hissələrini göndərmək (müdafiənin planlaşdırılmasına və şəxsi heyətin atom silahından istifadə metodu ilə təlim keçməsi və atorr bombasından müdafiəyə dair məxfi informasiya mübadiləsi də daxil olmaqla) barədə razılığa gəlmişlər. Sazişə müvafiq olaraq, Fransaya nüvə silahı vermək, qeyri-nüvə hissələri və xüsusi nüvə materialları da daxil olmaqla, qadağan edilirdi.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
...