+1 səs
182 baxış
Şəxslər, Tarix bölməsində

Amerika - Fransa Müqavilələri

1 cavab var:

0 səs
 

1778 il müqaviləsi {Beynəlxalq müqavilə}', ittifaqa dair, 6.II Parisdə imzalanıb. Müqaviyə əsasən, Fransa ABŞ- ın azadlığını, müstəqilliyini və suverenliyini müdafiə etməyi öhdəyə götürür, ABŞ isə Fransanın Amerikadakı mülklərinin toxunulmazlığına təminat verirdi. Fransa Britaniyanın Vest-Hinddəki. ABŞ isə Şimali Amerika qitəsində və Bermud adalarındakı mülklərinə iddiaçı olmaq hüququ əldə edirdilər; onlar qarşılıqlı razılıq olmadan İngiltərə ilə barışığa getməmək barədə təəhhüd götürürdülər. Müqavidə xüsusi şərt kimi göstərilirdi ki, hər iki tərəf İngiltərə ilə o vaxt sülh bağlayacaqdır ki, bu ölkə ABŞ-ın müstəqilliyini tanımış olsun.

Eyni vaxtda ticarət haqqında müqavilə, habelə İspaniyanın Fransa- Amerika ittifaqına qoşulmasını nəzərdə tutan məxfi protokol imzalandı. Müqavini imzalamaq Fransa üçün İngiltərə ilə müharibəyə qoşulmaq demək idi. ABŞ öz müttəfiqinin xəbəri və razılığı olmadan İngiltərə ilə sülh bağlamamaq barədə təəhhüd götürməsinə baxmayaraq, İngiltərə ilə separat sülh imzaladı. 1794 ildə İngiltərə-Fransa müqaviləsinin bağlanması və Fransa əleyhinə birinci koalisiya dövlətlərinin müharibəsində ABŞ-ın bitərəflik siyasəti qəbul etməsilə müqavilə öz qüvvəsini itirdi.

2) 1800 il müqaviləsi; 30.IX Mor- fontendə imzalanıb; Fransanın ABŞ-ın bitərəfliliyini pozması və bu halın 1798 ildə artıq müharibəyə gətirib çıxarması ilə əlaqədar iki dövlət arasında uzun müddət davam edən münaqişəyə, Fransa donanmasının Amerika gəmilərinə həmlə etmələrinə son qoymuşdur. İngiltərə ilə uğurlu mübarizə aparmaqdan ötrü Fransanın ABŞ-la dostluq münasibətlərinə ehtiyac olduğunu nəzərə alan I Napoleonun {Napoleon I Bonapart) hakimiyyətə gəlməsi bu mübahisəli məsələlərin dinc həllini sürətləndirdi. Morfonten müqaviləsinə əsasən, tərəflər ələ keçirilmiş, lakin hələ satılmayan gəmiləri geri qaytarmaq barədə razılaşdılar, ticarəti sıxışdıran qaydaları və gəmilərdə zorla axtarış aparılmasını ləğv etdilər, «hərbi qaçaqmalçılıq» anlayışını məhdudlaşdırdılar, neytral bayraq altında üzən gəmilərdə daşınan yüklərin toxunulmazlığını tanıdılar, bir-birinə öz limanlarında imtiyazlar verməyi vəd etdilər. Müqavilə 21 .XII. 1801 ildə qüvvəyə mindi. Vurulmuş ziyanın ödənilməsi məsələləri yalnız 1803 ildə, Napoleonun ABŞ-a 3750 min dollar verməyə razı olmasından sonra həll edildi.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
...