+3 səs
193 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-Filippin Müqavilələri Və Sazişləri haqqında

1 cavab var:

0 səs
 

1) 1946 il müqaviləsi (Beynəlxalq müqavilə)- qarşılıqlı müna sibətlərin əsaslarına dair, 4.VII Manila- da imzalanıb. Filippin hökumətinin ölkə ərazisi üzərində suveren hakimiyyətinin {Dövlət suverenliyi} bərqərar olmasını nəzərdə tuturdu, o şərtlə ki, Amerika hərbi bazaları 2 il ərzind ə onların statusu haqqında xüsusi saziş bağlanandan sonra da ABŞ-ın mülkiyyətində qalırdı: habelə Filippinin xaricdə diplomatik nümayəndəlikləri yaradılanadək, ABŞ bu ölkəni təmsil etmək barədə öhdəlik götürürdü.

2) 1947 il sazişi; «hərbi baza- lar»a dair, 14.111 Manilada 99 ilə bağlanıb. Filippin ərazisində hərbi bazalar yaratmaqdan ötrü ABŞ-ın sərəncamına 23 sahə verilmişdi. ABŞ Filippinin bütün su və hava hüdudları sahələrindən hərbi məqsədlər üçün istifadə hüququ əldə edirdi. Sazişə görə, ABŞ bazalarının ərazisində yerləşən filippinlilər Amerika hərbi tribunalların yuris- diksiyası altına keçir, Amerika hərbçiləri isə hətta Filippin vətəndaşlarına qarşı işlətdikləri cinayətlərə görə belə (əgər bu cinayətlər «xidməti vəzifəni yerinə yetirərkən» baş veribsə) Filippin tərəfdən məsuliyyətə cəlb edilə bilməzdilər. 16.XI.1966 ildə Filippinin təkidilə sazişin müddəti qısaldılmış və 1991 ildə bitmişdir.

07.1.1979 il razılaşmasına müvafiq olaraq, ABŞ Filippinin Amerika bazaları tərəfindən zəbt olunan əraziyə suveren hüququnu və orada öz bayrağını {Dövlət bayrağı} qaldırmaq hüququnu tanıdı, Amerika komandanı ilə yanaşı Filippin komandanının da təyin olunması nəzərdə tutulurdu; bazalar üçün ayrılmış ərazinin həcmi azaldıldı. Bazaların xarici təhlükəsizliyinin təmin edilməsi Filippinə həvalə edildi. Lakin ABŞ əvvəlkitək hərbi bazalardan müdafiə məqsədlərilə” maneəsiz istifadə hüququnu özündə sax ladı. Digər məqsədlər üçün istifadə isə Filippin tərəfilə məşvərət qaydasında olmalı idi. Razılaşmaya əsasən, saziş hər 5 ildən bir yenidən nəzərdən keçirilməli idi.

VI. 1983 ildə ABŞ və Filippin Manilada sazişə bir sıra düzəlişlər və əlavələr nəzərdə tutan memorandum imzaladılar. ABŞ-ın Filippinə onun ərazisindəki hərbi obyektlərdən istifadəyə görə verdiyi kompensasiyanın” 500 mln.-dan 900 mln. dollaradək artırılması nəzərdə tutulurdu. Ödənilməsi 5 ilə nəzərdə tutulan bu məbləğin xeyli hissəsini filippinlilərin Amerika hərbi texnikası almaları üçün verilən kreditlər təşkil edirdi.

3) 1951 il müqaviləsi; qarşılıqlı müdafiə’yə dair, 30.VIII Vaşinqtonda imzalanıb. ABŞ-ın 1951 ildə Avstraliya və Yeni Zelandiya ilə bağladığı sazişin {ANZÜS) mətninin eynidir. Sakit okean rayonunda müharibə olduğu halda ABŞ-ın hərbi müdaxiləsini nəzərdə tutur. V.1983 ildə bu müqaviləyə müvafiq olaraq, Filippinin «birgə müdafiə planı» imzalanmışdır.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
...