Amerika Dövlətlərarası İnkişaf Bankı (ADİB). Amerika Dövlətləri Təşkilatına üzv ölkələr arasında bağlanmış 8.IV. 1959 il sazişi əsasında yaradılıb. Bank öz əməliyyatlarına 1960 I oktyabrın 1-dən başlayıb. ABŞ, Latın Amerikası və Karib hövzəsindən 25 olkə, 17 digər dövlət, o cümlədən Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, Yaponiya ADİB-in aparıcı üzvləridirlər.
Bankın əsas məqsədi - Latın Amerikasında inkişaf layihələrini maliyyələşdirmək, region ölkələrinə dövlət
və xüsusi sərm ayəni cəlb olunmasına və iştirakçı ölkələrin iqtisadi inteqrasiyasına və xarici ticarətinin inkişafına kömək göstərməkdir.
ADİB-in rəhbər orqanları - Direktorlar Şurasından və Direktoratdan ibarətdir; Direktorlar şurasında səslər bankın ümumi sərmayəsindəki səhmlərə münasib qaydada bölüşdürülür. ADİB-in təsis edilməsinə dair sazişə müvafiq olaraq, Direktorlar şurasında səsləri ən azı 34,5%-nə malik olan ABŞ əslində bütün mühüm qərarların Şura tərəfindən qəbulu zamanı səslərin 2/3-ni tələb edən veto hüququna malikdir.
Qərargahı Vaşinqtondadır.