+2 səs
224 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-Çin Müqavilələri, Sazişləri və Birgə Bəyanati haqqında

2 Cavab

0 səs
 

1) 1844 il müqaviləsi (Beynəlxalq müqavilə)} ticarətə dair, Vansyada (Aomın (Макао)) yaxınlığında 3.VII imzalanıb. ABŞ-ın Tsin Çini ilk müqaviləsidir. 1842 ildə İngiltərə ilə Nankin müqaviləsini bağladıqdan sonra, ABŞ Tsin imperiyasından eyni mahiyyətli imtiyazlar almaq qərarına gəldi. Çin hökuməti hücum təhlükəsi altında müqaviləni imzalamağa məcbur oldu.

Müqavilə İngiltərədən ötrü açıq olan beş limanı (Quançjou, Syamın, Fuçjou, Ninbo və Şanxay) amerkanlılar üçün də açıq elan etdi. Amerikanlılara bu şəhərlərdə ticarət müəssisələrinə, qəbristanlıqlara, kilsələrə və xəstəxanalara malik olmaq icazəsi verilirdi.

ABŞ eksterritoriallıq hüququ və bir sıra əlavə güzəştlər əldə etdi, Çin özünün gömrük hüququnu itirir, amerikalılar bir açıq limandan o birinə yükləri rüsum ödəmədən daşımaq hüququ əldə edirdilər. Müqaviləyə yenidən baxılması 12 ildən sonra mümkün ola bilərdi.

2) 1868 il müqaviləsi (Tyanszin müqaviləsinə əlavə); 28.VII imzalanıb; ABŞ-a Çində yeni üstünlüklər, Çin vətəndaşlarına ABŞ-a mühacirət sərbəstliyi verirdi.

3) 1943 il müqaviləsi; ABŞ-ın Çində eksterritoriallıq hüququndan imtina etməsinə dair; 11.1. Vaşinqtonda imzalanıb. 14.1.1939, 11.VII.1940 və 11.VI. 1941 illərdə ABŞ Uzaq Şərqdə hərbi əməliyyatların başa çatması ilə eksterritoriallıq hüququnun ləğvi barədə Çinlə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir.

Müqavilə ABŞ vətəndaşlarına Çində konsulluq yurisdiksiyası verən bütün Amerika-Çin müqavilə və sazişlərini qüvvədən saldı və onların üzərində Çin hökumətinin yurisdiksiyasını təsbit etdi. ABŞ 1901 il Yekun protokolu ilə («Boksyor protokolu») ona verilən hüquqlardan imtina etdi və qəbul etdi ki, Pekindəki diplomatik məhəllə Çin hökumətinin nəzarəti altında olmalı, Şanxay və Syamındakı beynəlxalq seit- Imentlər Çinə qaytarılmalıdır. Bununla belə müqavilə amerikalılara bütün Çin ərazisində sərbəst hərəkət etmək və ticarətlə məşğul olmaq hüququ verməklə Çinin iqtisadi asılılığını daha da artırırdı.

4) 1946 il müqaviləsi; dostluq, ticarət və dənizçiliyə dair, 4.XI. Nan- kində imzalanıb. Müqavilə formal olaraq «bərabər hüquq və eyni imkanlar» prinsipi əsasında qurulsa da, əslində qeyri-bərabər xarakter daşıyır. Amerikalılara binaları, torpaq sahələrini icarəyə götürmək, əldə etmək, Çinə sərbəst gəlmək, orada yaşamaq və onun bütün ərazisində sərbəst hərəkət etmək hüququ verilirdi. Amerika inhisarları öz kapitallarını Çinin sənaye və ticarət müəssisələrinə, kampaniyalarına qoymaq hüququ əldə edir, müxtəlif kontraktlar bağlamaqda, ABŞ mallarını satın almaqda ən əlverişli fəaliyyət rejiminə malik olurdular. Vergi qoyulması məsələsində isə ABŞ vətəndaşlarına milli rejim tətbiq olunurdu. Maliyyə razılaşmaları və Ödəncləri üzərində Çin hökumətinin hər hansı nəzarəti ABŞ-ın başqa dövlətlərlə rəqabət mübarizəsinə zərər vurmamalı idi.

5) 1947 il (Nankin) sazişi; ABŞ- ın Çinə «yardım» göstərməsinə dair, 27. X imzalanıb.

Qomindan Çini hökumətinə Amerika köməyinin göndərilməsi şərtlərini ehtiva edir. Mətndəki bəzi qeyd- şərtlər Qomindan rejiminin ABŞ tərəfindən bilavasitə müdafiə edilməsini ört-basdır etməli idi. Bu, Qomindan rejiminə təkcə ərzaq, dərman preparatları verilməsini deyil, həm də maliyyə yardımını nəzərdə tuturdu. Lakin bu vəsaitdən yalnız ABŞ-ın razılığı ilə istifadə oluna bilərdi. Sazişin şərtlərinə görə, Qomindan hökuməti ABŞ-ı öz siyasəti barədə məlumatlandırmalı idi. ABŞ Çinə öz xüsusi nümayəndələrini (Xüsusi missiyalar) göndərmək hüququ əldə edir və həmin nümayəndələrə diplomatik imtiyaz və toxunulmazlıq hüququ verilirdi.

Beləliklə, saziş Qomindan hökumətinə olduqca az miqdarda köməklik göstərilməsini (27,7mln. dollar) qanuniləşdirməklə ABŞ-a bu hökumət üzərində nəzarət etməyə və Çinə təsir göstərməyə leqal imkan verirdi.

6) 1948 il sazişi; Çinə 400 mln. dollar məbləğdə Amerika «yardım» fondundan istifadəyə dair, 3.VII Nan- kində imzalanıb.

Nəzərdə tutulurdu ki, Amerika «yardımı»nın həyata keçirilməsi ABŞ Konqresinin Qomindan Çininə «yardım» barədə müəyyən etdiyi şərtlərə müvafiq aparılmalıdır. Əsas diqqət ABŞ üçün zəruri olan strateji materialların çıxarılmasına, Tayvanın, Xaynanın və Cənubi Çinin «mənimsənilməsinə» kapital qoyuluşunu stimullaşdırmağa verilirdi. Bu ərazilər faktiki olaraq 1948 ildə Amerika «iqtisadi yardım» administrasiyasının nəzarəti altına keçmişdi.

Saziş 1946-1948 illərdə bağlanan digər müqavilə və sazişlərlə birlikdə Çan-Kayşi Çinində iqtisadi və siyasi həyatı bütünlükdə Amerikanın tabeliyinə keçirirdi.

1949 ilin oktyabrında Çin Xalq Respublikasının yaradılması ilə Çinlə ABŞ arasında bağlanmış müqavilə və sazişlər ləğv olundu.

1) 1972 il Birgə Bəyanatı (Şanxay Birgə bəyanatı); ABŞ prezidenti R.Nİksonun ÇXR-ə səfərinin (21-28.11) yekunları üzrə 28.11 Şanxayda imzalanıb.

Hind-Çində vəziyyətlə əlaqədar Amerika tərəfi bildirirdi ki, ABŞ-ın daimi məqsədi Vyetnam problemini danışıqlar yolu ilə həll etməkdir və ABŞ Cənubi Vyetnamla birgə irəli sürülən 27.1.1972 təkliflərini əvvəlkitək dəstək- ,əyir (VDR bu təklifləri Cənubi Vyetnam oyuncaq rejiminin saxlanmasına yönələn qəsd kimi rədd etmişdi). Amerika tərəfi ABŞ-ın gələcəkdə Cənubi Koreya ııə sıx əlaqələr və Yaponiya ilə dostluq münasibətləri saxlayacağı barədə müddəaları sözügedən Birgə bəyanata daxil etmişdi.

ÇXR-nin Hind-Çin barədə mövqeyi bu regionun xalqlarını «möhkəm müdafiə etməyə» yönəlmişdi. ÇXR

Koreyanı birləşdirmək, BMT-nin Koreyanı birləşdirmək və bərpa etmək üzrə komissiyasını buraxmaq, habelə Yapon millitarizminin dirçəldilməsinə və onun ölkə hüdudlarından kənara ekspansiyasına mane olmaq mövqeyindən çıxış edirdi.

Çin tərəfi bəyan edirdi ki, Ameri- ka-Çin münasibətlərinin qaydaya düşməsinə Tayvan problemi mane olur və ABŞ-ın Tayvandakı bütün qüvvələri oradan çıxarılmalıdır. Çin hökuməti «bir Çin. bir Tayvan», «bir Çin, iki hökumət», «iki Çin», «müstəqil Tayvan» yaradılması ideyalarına qarşı çıxır, habelə «Tayvanın statusunu hələ müəyyənləşdirmək lazımdır» deyən bəyanatlarla razılaşmırdı.

Amerika tərəfi bunu qeyd etməklə kifayətlənirdi ki, «Tayvan boğazının hər iki tərəfindəki çinlilər belə hesab edirlər ki, yalnız bir Çin vardır. «Tayvan isə Çinin tərkib hissəsidir». Tərəflər bildirdilər ki, Tayvan problemi hərbi qarşıdurma üçün səbəb olmamalıdır. ÇXR ABŞ ilə münasibətləri inkişaf etdirməkdən ötrü amerikalıların təcili Tayvandan çıxıb getmələrini və Taybey hakimiyyəti ilə əlaqələrini kəsmələrini şərt kimi irəli sürmürdü. ABŞ isə 1954 il «qarşılıqlı müdafiə» müqaviləsi (Beynəlxalq müqavilə) ilə Tayvan qarşısında götürdüyü öhdəlikləri təsdiq etmədi. Birgə bəyanatda tərəflərin əməkdaşlığı inkişaf etdirmək, elm, texnika, mədəniyyət, idman, mətbuat və ticarət sahələrində əməli mübadilə aparmaq istəkləri ifadə olunurdu.

2) 1973 il Birgə Bəyanatı - ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi T.Kİssincerin (Kissincer Henri Alfred) ÇXR-ə səfərinin (15-19.11) yekunlarına dair. Tərəflər münasibətlərin qaydaya salınmasını sürətləndirmək üçün «münasib məqamın»

0 səs

yarandığını bəyan edir və bildirdilər ki, ABŞ ilə Çin arasında hər iki dövlətin paytaxtlarında diplomatik münasibətlər missiyalarının (Diplomatik missiya) yaradılması barədə razılıq əldə edilib. Diplomatik münasibətlər yoluna düşənədək (01.1. 1979) rəsmi Amerika-Çin əlaqələri bu missiyalar vasitəsilə həyata keçirilməli idi.

3) 1978 il Birgə Bəyanatı; ÇXR ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılmasına dair, 16.XII dərc edilib. Tərəflər 01.1.1979 ildən etibarən bir-birini rəsmən tanımaq və diplomatik münasibətlər yaratmaq, 01.111.1979 ildən səfir mübadiləsi etmək barədə razılığa gəldilər. ABŞ ÇXR hökumətini Çinin yeganə qanuni hökuməti kimi tanıdı. Birgə Bəyanatda deyilirdi: «Bu kontekstdə Birləşmiş Ştatların xalqı Tayvan xalqı ilə mədəni, ticarət-iqtisadi və digər qeyri-rəsmi əlaqələr saxlayacaqdır». Tərəflər 1972 il birgə Bəyanatında razılaşdırdıqları prinsipləri bir daha təsdiq etdilər.

ABŞ hökumətinin 16 dekabr bəyanatında deyilirdi ki, ABŞ 01.1.1979 ildən etibarən Tayvanla diplomatik münasibətləri kəsəcək, «Qarşılıqlı müdafiə»yə dair 1954 il Amerika- Tayvan müqaviləsini ləğv edəcək və Amerika hərbi heyəti dörd ay ərzində adadan çıxarılacaqdır.

ÇXR hökumətinin bu məsələ ilə bağlı bəyanatında göstərilirdi ki, «Tayvanın vətənə qovuşması və ölkənin birləşdirilməsinin başa çatdırılması yolları Çinin sırf daxili işidir». ABŞ ilə ÇXR arasında diplomatik münasibətlərin yaradılmasına dair müqavilə, o cümlədən Tayvan məsələsində, qarşılıqlı güzəştlərə əsaslanırdı. Hərçənd ABŞ formal olaraq Çinin əvvəlcə irəli sürdüyü şərtləri qəbul edirdi, lakin Vaşinqtonun güzəştləri əslində Çin rəhbərliyinin o vaxtadək ABŞ ilə Tayvan arasında mövcud olan iqtisadi, mədəni və digər əlaqələrin saxlanmasına razılığı ilə müşayət olunurdu.

4) 1979 il Birgə Bəyanatı; ÇXR Dövlət Şurası Sədrinin müavini Den Syaopinin - Çinin yüksək səviyyəli nümayəndəsinin ABŞ-a ilk səfərinin yekunları üzrə 01.11 Vaşinqtonda imzalanıb. Bəyanatda qeyd edilirdi ki, bir çox sahələrdə tərəflərin ümumi maraqları var və onlar eyni mövqelərdən çıxış edirlər. Bildirilirdi ki, «ictimai sistemlərin müxtəlifliyi ABŞ ilə ÇXR arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa mane olmamalıdır». Qeyd edilirdi ki, səfər zamanı ABŞ ilə ÇXR arasında elm və texnika, mədəniyyət, təhsil, kənd təsərrüfatı, kosmik fəzanın mənimsənilməsi, yüksək enerjilər fizikası sahəsində əməkdaşlığa dair sazişlər imzalanmış, konsulluq münasibətlərinin yaradılmasına dair razılaşmalar əldə edilmişdir.

ABŞ və ÇXR ticarət, hava rabitəsi və dəniz daşımalarına dair sazişlər bağlamağa hazır olduqlarını bildirirdilər.

5) 1979 il sazişi; ticarətə dair, 07.VIII Pekində imzalanıb. Tərəflər iki ölkə arasında uzunmüddətli iqtisadi və ticarət münasibətlərinin möhkəmləndirilməsinə əlverişli şərait yaratmaq üzrə hər cür tədbir görmək barədə təəhhüd götürürdülər.

Saziş şirkətlər, korporasiyalar və ticarət təşkilatları arasında qarşılıqlı əlaqələr yaratmaq nəzərdə tuturdu.

Saziş tıcarət-texniki sərgilərin, seminarların, yarmarkaların təşkilini, habelə ən güzəştli şərtlərlə ixracat kreditlərinin verilməsinin sadələşdirilmiş tərzini, maliyyə, valyuta və bank əməliyyatlarının güzəştli qaydalarını nəzərdə tuturdu.

Saziş 24.1.1980 ildə Amerika Konqresi tərəfindən ratifikasiya edilib.

Bununla da ABŞ ÇXR ilə ticarət- iqtisadi əlaqələri genişləndirməyə yol açmış, bu işə Çinə münasibətdə öz strateji planlarının bir hissəsi kimi baxmışdır. ÇXR ABŞ ilə ticarət və siyasi əlaqələrin inkişafında maraqlı olduğunu nümayiş etdirərək hələ VII.1979 ildə müştərək kompaniyalar haqqında qanun qəbul etmiş və Çində xarici biznesin fəaliyyətinə şərait yaradan bir sıra tədbirlər həyata keçirmişdir.

6) 1982 il Birgə Bəyanatı; Tayvana Amerika silahının göndərilməsi ilə əlaqədar 17.VIII dərc edilib. ABŞ tərəfindən Tayvana silah satılması məsələsi açıq olaraq qaldı. Lakin ABŞ və ÇXR hökumətləri bəyan etdilər ki, bu problemin təmamilə nizama salınması və lazımi şərait yaradılması üçün səy göstərəcəklər.

ABŞ hökuməti bəyan etdi ki, Tayvana Amerika silahının satılması «nə keyfiyyət, nə də kəmiyyətcə son illərdəki səviyyədən yuxarı qalxmayacaq və ümumiyyətlə, Tayvana silah satışı tədricən azaldılacaqdır». ABŞ prezidenti həmçinin bəyan etdi ki, Vaşinqton Çinin «Tayvan problemi Çin tərəfindən dinc yolla həll ediləcəkdir» bəyanatını nəzərə alır.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
...