+2 səs
185 baxış
Şəxslər, Tarix bölməsində

Amerika-Almaniya Müqaviləsi (1921) haqqında

1 cavab var:

0 səs
 

25.VIII Berlində imzalanıb,11 .XI qüvvəyə minib. ABŞ-ı təmin edən 1919 il Versal sülh  müqaviləsinin bir çox maddələrini təkrarlayan bu separat sülh müqaviləsinə Millətlər Cəmiyyətinə, ərazi dəyişikliklərinə və müstəmləkələrə dair hissələr daxil edilməmişdi.

Müqavilənin (Beynəlxalq müqavilə) birinci hissəsində ABŞ Konqresinin Xüsusi qətnaməsinin bölmələri təkrar qeyd olunurdu. Göstərilirdi ki, ABŞ və onun vətəndaşları Almaniya ilə

11.XI. 1918 il barışığının şərtlərinə, Versal sülh müqaviləsinə, habelə ABŞ Konqresinin qərarlarına əsasən əldə etdikləri hüquqları, imtiyazları, Ödəncləri, reparasiyaları və faydaları, onların icbari qaydada həyata keçirilməsi hüququ da daxil olmaqla, özlərində saxlayırlar. Bu qətnaməyə müvafiq olaraq, ABŞ müharibə illərində sekve- strə edilmiş 800 mln. dollar məbləğində alman mülkiyyətini özündə saxlayırdı.

Müqavilənin ikinci hissəsində ABŞ-ın hüquq və imtiyazları göstərilir

və xüsusi olaraq qeyd olunurdu ki, ABŞ-ın hüquqları Millətlər Cəmiyyətinin Nizamnaməsi və onun fəaliyyəti ilə uzlaşdırılmayacaq və ABŞ özü istədikdə, müstəsna hallarda öz hərəkətlərini Millətlər Cəmiyyəti ilə əlaqələndirəcəkdir. Müqavilə Birinci Dünya müharibəsindən sonra ABŞ ilə Antanta dövlətləri arasında ziddiyyətlərin gücləndiyini əks etdirirdi.

Oxşar suallar

+2 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
...