+1 səs
166 baxış
Şəxslər, Tarix bölməsində

Ambrozino Kontarini kimdir?

1 cavab var:

0 səs
 

Hələ IX-X əsrlərdən Venetsiyada çox məşhur olan bir nəslin nümayəndəsi, Venetsiya senatının Ağqoyunlu dövlətinə ezam etdiyi 3-cü səfir.

04.VIII. 1474 ildə Təbrizə yetişib. 04.XI. Uzun Həsənin qəbulunda olub. Səfər ərəfəsində Ambrozino Kontariniyə verilmiş təlimatnamələrdə əsasən Uzun Həsəni osmanlılarla yenidən müharibəyə sövq etmək, ona Avropa dövlətləri, o cümlədən Venetsiyanın hərbi-dəniz qüvvələrinin köməyini vəd etmək, məqsədə çatmaq üçün Uzun Həsənin zövcəsi Dəspinə xatundan, şahın oğlanlarından və Kiçik Asiyanın osmanlılar tərəfindən hakimiyyətdən uzaqlaşdırılan sabiq hakimlərindən istifadə etmək və s. siyasi məsələlər öz əksini tapmışdı.

Təlimatnamənin Venetsiyanın mənafeyini əks etdirən maddəsində deyilirdi ki, əgər Ağqoyunlu hökmdar Türkiyə ilə sülh bağlamaq niyyətine düşərsə, Ambrozino Kontarini bu işi pozmağa çalışmalı əgər bu siyasət baş tutmazsa, o, Venetsiyanı da Türkiyə ilə bağlanılacaq sülh müqaviləsinə qatmalı idi.

Uzun Həsənin bu səfirə münasibəti yaxşı olmamış, dəfələrlə ona qayıtmaq əmri verilmiş və o, 1477 ilin aprelində öz ölkəsinə geri dönmüşdü.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
...