+1 səs
196 baxış
Şəxslər, Tarix bölməsində

Amazon Paktı nədir?

1 cavab var:

0 səs
 

Latın Amerikasında subregional qruplaşma. Pakta Boliviya, Braziliya, Venesuela, Qayana, Kolumbiya, Peru, Surinam və Ekvador daxildirlər. A.p. Braziliyanın təşəbbüsü ilə yaradılıb. Əsas sənədi 3.VII.1978 ildə Braziliya şəhərində imzalanan Amazoniya əməkdaşlığına dair müqavilədir (Beynəlxalq müqavilə). Müqavilə su ehtiyatlarından istifadə, çay gəmiçiliyi üçün əlverişli şərait, bitki və heyvanlar aləmindən bəhrələnmə, ekoloji tarazlığı qorumaq və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur. Paktın iştirakçıları Amazon çayında və onun qollarında, özlərinə məxsus sərhədlər hüdudunda sərbəst gəmiçiliklə məşğul olmaq barədə razılığa gəlmişdilər. Lakin bu halda yerli qanunların tələbləri mütləq gözlənilməli idi. Müqavilə digər Latın Amerikası Birlikləri ilə əməkdaşlıq edilməsini də nəzərdə tuturdu.

Amazon Partının ali orqanı - Xarici işlər Nazirlərinin Müşavirəsi, icra orqanı isə Amazon Əməkdaşlıq Şurasıdır.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 27 Dekabrda, 19 anonim İnternet, Kompüter bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 21 anonim Qanun, Hüquq bölməsində
...