İşğal dövründə Almaniyanı idarə etmək üçün 1945 ildə yaradılmış və amerikan, fransız, ingilis və sovet işğal zonalarındakı işğal qoşunlarının baş komandanlarının daxil olduqları orqan. Məsələlər yekdillik prinsipi əsasında həll edilirdi. Denasifikasiya, inhisarsızlaşdırma, alman militarizminin kökünü kəsmək və s. haqqında qanunlar vermişdi. 1948 ildə Almaniya məsələsində müttəfiqlər arasındakı ziddiyyətlər üzündən fəaliyyəti dayandırıldı.