+1 səs
236 baxış
Şəxslər, Tarix bölməsində

Almaniya Məsələsi nədir?

1 cavab var:

0 səs
 

21.IX.1949 ABŞ, Böyük Britaniya və Fransanın Almaniyadakı işğal zonası ərazisində, Almaniya Federativ Respublikası, 07.X.1949 sovet işğal zonası ərazisində isə Almaniya Demokratik Respublikası yaradıldı. 27.X.-16.XI 1955 ABŞ, Böyük Britaniya, Fransa və SSRİ xarici işlər nazirlərinin Cenevrə müşavirəsində irəli sürülmüş və ADR-in AFR-ə birləşdirilməsini nəzərdə tutan «iden planı» SSRİ tərəfindən qəbul edilmədi.

27.VI.1957 ADR hökumətinin ADR və AFR-dən ibarət Almaniya konfederasiyası yaratmaq planını da həyata keçirmək mümkün olmadı 11V.-20.VI. və 13.VII-5.VIII 1959 ABŞ, ADR, AFR, Böyük Britaniya, Fransa, və SSRİ xarici işlər nazirlərinin, iki mərhələdən ibarət Cenevrə müşavirəsində Almaniya məsələsi müzakirə olunsa da, hər hansı nəticə əldə olunmadı.

13.VIII.1961. ADR əhalisinin AFR-ə mühacirətinin qarşısını almaq üçün Varşava Müqavilsi Təşkilatının üzvü olan dövlətlərin qərarı ilə Berlinin şərq hissəsini qərb hissəsindən ayıran «Berlin səddi»nin çəkilməsi iki alman dövləti arasındakı münasibətləri kəskinləşdirdi. 21.XII.1972 ADR və AFR arasında, bir-birinin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etmək barədə müqavilə (Beynəlxalq müqavilə) imzalandı. Şərqi Avropada kommunist rejiminin dağılması Almaniyanın birləşdirilməsi üçün şərait yaratdı. 9.XI. 1989 «Berlin səddi» söküldü. 12.IX.1990 Moskvada ABŞ, ADR, AFR, Böyük Britaniya, Fransa və SSRİ-nin xarici işlər nazirləri tərəfindən Almaniya ilə münasibətlərin qəti nizama salınması haqqında Müqavilə imzalandı. Müqavilə ADR və AFR sərhədlərini vahid Almaniyanın xarici sərhədləri kimi müəyyənləşdirdi və onların qəti xarakterini təsdiq etdi. 3.X.1990 ADR və AFR birləşdirildi və vahid alman dövlətinin yaranması elan edildi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
...