İlin isti dövründə topa buludlardan xırda buz parçaları şəklində Yer səthinə düşən atmosfer yağıntısı.
Əksər hallarda Dolunun diametri 6-20 mm olur, bəzənsə – 120-130 mm-ə, çəkisi 1 kq-a çatır. Adətən, Dolu mülayim qurşaqda düşür, lakin nadir hallarda tropik qurşaqlarda müşahidə edilən Dolunun intensivliyi daha yüksəkdir. O, təsərrüfata, xüsusilə kənd təsərrüfatına böyük ziyan vurur. Buna görə də Doluya qarşı mübarizə aparmaq üçün xüsusi operativ xidmətlər təşkil edilir.