1945.05.VI. Almaniyanın qeyrişərtsiz məğlub olduğu və onun ali hakimiyyətinin 4 müttəfiq ölkə hökumətlərinin əlinə keçdiyi bildirilirdi. Bəyannaməyə uyğun olaraq, Almaniya silahlı qüvvələrinin və silah daşıyan yardımçı təşkilatlarının şəxsi heyəti hərbi əsir (Hərbi əsirlər) elan edilmiş, silah və sursatı müttəfiqlərin hökumətlərinə verilmişdi. Faşist liderləri və hərbi cinayət törətməkdə günahkar bilinənlərin hamısı həbs olunmalı idi. Almaniyanın idarə olunması, işğal zonaları üzrə, amerikan, ingilis, fransız və sovet işğal qoşunlarının baş komandanları tərəfindən həyata keçirilirdi.