+1 səs
178 baxış
Şəxslər, Tarix bölməsində

Almaniya-İran Müqavilələri nədir?

1 cavab var:

0 səs
 

1) 1873 il müqaviləsi (Beynəlxalq müqavilə)', dostluq, ticarət və dənizçiliyə dair, Almaniya səfiri şahzadə Rays və iran elçisi Mirzə Əbdül Rəhim (Səid- əl-Mülk) tərəfindən 11.VI. Peterburqda imzalanıb; Almaniya ilə iran arasında birbaşa əlaqələrin başlanğıcını qoyub. Almaniyaya azad ticarət və gəmiçilik hüququ, kapitu/yasiya imtiyazları, habelə Tehranda, Təbrizdə və Bəndər Buşəhrdə konsulluqlar (Konsul idarəsi) açmaq hüququ verilirdi. İranla hər han sı üçüncü dövlət arasında münaqişə baş verdikdə Almaniyanın vasitəçilik edəcəyi nəzərdə tutulurdu.

2) 1929 il müqaviləsi; dostluğa dair, 17.11. Tehranda imzalanıb. Qarşılıqlı münasibətlərə dair 16.V. 1928 ıl Almaniya-iran müvəqqəti sazişini əvəz- edib. iranın gömrük muxtariyyətinin və kapitulyasiya rejiminin ləğvinin Almaniya tərəfindən son olaraq tanınmasın təsdiq edib; diplomatik nümayənədəlik və konsulluq korpusu üçün ən əlverişli rejim müəyyən etmiş, adi diplomatik yolla həlli mümkün ola bilməyən məsələlərə dair mübahisələr üzrə tərəflərin arbitraja müraciət etmələri nəzərdə tutulub. Müqavilə ilə eyni vaxtda imzalanan məskunlaşma, ticarət və dənizçiliyə dair konvensiya (Beynəlxalq konvensiya) hər iki ölkənin təbəələrinə qarşılıqlı və tam bərabərlik şərtlərilə digər tərəfin ərazisinə girmək, orada qalmaq və məskən salmaq hüququ verilirdi. Müqavilə və konvensiya Almaniyanın irana iqtisadi və siyasi daxili olmasını asanlaşdırdı, Yaxın və Orta Şərqdə alman ekspansiyasına əlverişli imkan yaratdı.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
...