+2 səs
190 baxış
Şəxslər, Tarix bölməsində

Almaniya-Fransa Bəyannaməsi (1938) nədir?

1 cavab var:

0 səs
 

Fransanın xarici işlər naziri J.Bonne və onun almaniyalı həmkarı i.Ribbentrop tərəfindən 06.XII. Parisdə imzalanıb; Münxen sövdələşməsindən sonra Fransa hökuməti Hitler Almaniyası ilə antimilli yaxınlaşma siyasəti yeritməkdə davam edir, bununla da təcavüzü öz sərhədlərindən kənarlaşdırmağa, onu Şərqə, SSRİ-yə qarşı yönəltməyə cəhd göstərirdi.

Bəyannamədə göstərilirdi ki, hər iki hökumət iki ölkə arasında dinc və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək, onların maraqlarına toxunan bütün məsələlər üzrə məşvərət keçirmək üçün hər cür tədbirlər görməyi öhdəyə götürür. Qeyd edilirdi ki, Fransa ilə Almaniya arasında heç bir ərazi mübahisəsi yoxdur və onlar arasında mövcud sərhədlər dəyişməzdir. Bəyannamə Fransanın Avropada sülhü qorumaq və faşist təcavüzünü dəf etmək işində SSRİ ilə əməkdaşlıqdan imtina etməsi demək idi. Münxen sazişi ilə birlikdə Bəyannamə əslində qarşılıqlı yardım haqqında 1935 ıl So- vet-Fransa müqaviləsinin (Beynəlxalq müqavilə) üstündən xətt çəkdi.

Oxşar suallar

+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...