+1 səs
178 baxış
Şəxslər, Tarix bölməsində

Almaniya-Çin Müqaviləsi (1898) nədir?

1 cavab var:

0 səs
 

Almaniya-Çin Müqaviləsi (1898). İki alman missionerinin öldürülməsindən sonra Almaniya hərbi desantının Çinə çıxarılması nəticəsində Çin Almaniyanın tələblərinə əməl etməyə məcbur oldu. Almaniya qonşularına Tyanç-jou körfəzi sahilində 50 km. enində zolaqdan sərbəst keçməyə və bu rayonda hərbi istehkamlar tikməyə icazə verildi. Çin bu ərazini 99 il müddətinə Almaniyaya icarəyə verməyi və icarə müddətində bu ərazidə özünün ali hakimiyyətindən imtina etməyi öhdəyə götürdü. Həmin ərazidə Çin qoşunları yalnız Almaniyanın razılığı ilə qala bilərdi. Çin gəmilərinə Tyançjou körfəzinə Almaniyaya dost olan ölkələrin gəmiləri kimi daxil olmaq hüququ verildi. Müqaviləyə (Beynəlxalq müqavilə) görə, Almaniyaya Tyançjoudan Şandun vilayətinin sərhədinə qədər və Ту an-çjoudan Tesaniyə qədər dəmiryolu çəkməyə icazə verildi. Bunlarla yanaş: Almaniya təbəələrinə dəmiryolu boyunca 30 km. enində zolaqda dağ-mədən sənayesində xüsusi mülkiyyətə sahib olmaq hüququ verildi.

Müqavilə faktiki olaraq Tsin Çininin ərazisinin bir hissəsini icarə adı ilə Almaniyanın ixtiyarına verirdi. Müqaviləyə əsasən, Almaniya Tsin-daoda hərbi-dəniz bazası yaradır, Şandun Almaniyanın «təsir dairəsinə» keçirdi.

1898 ildə Almaniya tərəfindən icarəyə götürülmüş torpaq sahələri, mədənlər, əmlak və Almaniyanın Çin-dəki bütün mülkləri 1919 il Versal sülh müqaviləsinə əsasən Yaponiyaya verildi. Lakin Çin nümayəndəliyi ictimaiyyətin imperializmə qarşı hərəkatının təsiri altında bu müqaviləni imzalamaqdan imtina etdi.

Oxşar suallar

+2 səs
1 cavab
+1 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...