+1 səs
173 baxış
Qanun, Hüquq bölməsində

Almaniya - Bolqarıstan İttifaqı nədir?

1 cavab var:

0 səs
 

Almaniya - Bolqaristan İttifaqı (1915). Bolqarıstanın Almaniya- Avstriya blokunda Birinci Dünya müharibəsinə qatılmasını rəsmiləşdirib. Avstriya-Macarıstanın və Almaniyanın Bolqarıstanda nüfuzunun möhkəmlənməsinə çar Ferdinand Koburqun almanpə-rəst siyasət yeritməsi habelə Bolqarıstanın Almaniya və Avstriya kapitalından asılılığı səbəb olmuşdu. Avstriya-alman diplomatiyası Bolqarıstan hökumətinə onun Makedoniyaya olan ərazi tələblərini təmin edəcəyini və Türkiyə ilə sərhədlərin təshih olunacağını vəd edirdi.

06. IX. 1915 ildə Sofiyada aşağıdakı sənədlər imzalanmışdır:

Bolqarıstan və Almaniya arasında dostluq və ittifaqa dair müqavilə (Beynəlxalq müqavilə)', Almaniya Bolqarıstanın siyasi müstəqilliyinə və ərazi bütövlüyünə təminat verir, Bolqarıstan isə «onunla həmsərhəd dövlətlər» Almaniyaya hücum edərsə, almanlara kömək etməyi öhdəyə götürürdü.

Bolqarıstan və Almaniya arasında məxfi razılaşma; Almaniya Bolqarıstana onun Serbiyaya qarşı çıxacağı təqdirdə Vardar Makedoniyasını, habelə Morova çayı boyu Serbiya ərazisinin bir hissəsini ələ keçirməsinə təminat verirdi. Rumıniya və Yunanıstanın Antanta tərəfinə keçdiyi halda Almaniya Bolqarıstanın Dobrucani və Yunanıstanın 1913 il Buxarest sülh müqaviləsilə (Buxarest sülh müqavilələri) aldığı ərazini, o cümlədən, Kavallanı tutmasına razılıq verirdi. Almaniya Avstriya- Macarıstanla birlikdə Bolqarıstana hərbi borc verirdi.

Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan arasında hərbi konvensiya (Beynəlxalq konvensiya); Serbiyaya qarşı hərbi əməliyyatların başlanma vaxtını və çıxarılacaq diviziyaların sayını müəyyənləşdirirdi.

Elə həmin gün ayrıca Bolqarıstan-Türkiyə müqaviləsi imzalandı və bu sənəd dördtərəfli Alman-Avstriya- Bolqarıstan-Türkiyə ittifaqının yaradılmasını başa çatdırdı.

14.X.1915 ildə Bolqarıstan Serbiyaya hücum etdi və bununla da Almaniya bloku tərəfində Birinci Dünya müharibəsinə qoşuldu. 1918 ildə Almaniya və onun müttəfiqlərinin məğlubiyyəti Almaniya - Bolqaristan İttifaqına son qoydu.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...