+1 səs
794 baxış
Şəxslər, Tarix bölməsində

Ali Diplomatiya Kolleci nədir?

1 cavab var:

0 səs
 

Ali Diplomatiya Kolleci (ADK) çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnməklə respublikanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında (Konsul idarəsi), digər təmsiledici strukturlarda və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən regionlar üzrə diplomat, iqtisadçı, hüquqşünas, jurnalist, sinxron tərcüməçilər hazırlayan ixtisaslaşmış qeyri- dövlət ali təhsil müəssisəsi kimi 1992 ildən fəaliyyətə başlamışdır. Dövlət statusuna malikdir. Təsisçisi və rektoru fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynlidir.

Beynəlxalq münasibətlər, Diplomatiya, Beynəlxalq hüquq, Beynəlxalq iqtisadi münasibətlər, Beynəlxalq jurnalistika, Jurnalistika, Hüquqşünaslıq, Regionşünaslıq (Regionlar üzrə), Gömrük işinin təşkili, Sinxron tərcümə (Dillər üzrə), Tərcümə (Dillər üzrə), Xarici dil (Dillər üzrə) ixtisasları üzrə bakalavr və magistr pillərində kadr hazırlığını aparır.

Tədris prosesi dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris təcrübəsi ənənələrinə və milli təhsil siyasətinə uyğun təşkil olunmuş, müasir beynəlxalq təhsil standartları üzərində qurulmuşdur. Geniş və müasir maddi-texniki bazaya malikdir.

ADK 4 beynəlxalq təşkilatın: Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyinin (Ankara, İstambul

24.IX. 1996); Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyinin (Bu-dapeşt, 06-07.11.1998); MDB (Azərbaycan Müstəqil Dövlətlər Birliyində) ölkələri Beynəlxalq münasibətlər Universitetləri Assosiasiyasının (Moskva, 25.1.1999) və Qara Dəniz Hövzəsi Universitetləri Birliyinin (26.IV.2004) üzvüdür.

ADK tələbə, müəllim və təcrübə mübadiləsi sahəsində dünyanın bir sıra qabaqcıl ali təhsil müəssisələri - Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Kipr Beynəlxalq Universiteti, Kirne Amerikan Universiteti, Şərqi Aralıq Dənizi Universiteti, Gürcüstan Diplomatiya Akademiyası, Rumıniyanın «Ovidius» Universiteti ilə müqavilələr bağlanmışdır. ADK ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Avstriya, Böyük Britaniya, İsveçrə, Ukrayna, Səudiyyə Ərəbistanı, Fransa, Kanada, Malta, İordaniya, Argentina, Estoniya, Quzey Kıbrıs Türk Cümhuriyyəti və s. ölkələrin institutları, universitetləri ilə elmi-mədəni əməkdaşlıq əlaqələri saxlayır.

ADK-da «Dünyaya baxış» elmi jurnalı nəşr edilir.

VIII.2005 ildən Bakı Diplomatiya Universiteti adlanır.

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 04 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 07 Fevralda, 20 anonim Qanun, Hüquq bölməsində
+2 səs
1 cavab
...