+1 səs
160 baxış
Şəxslər, Tarix bölməsində

Alfonsun Raul Rikardo kimdir?

1 cavab var:

0 səs
 
Alfonsun Raul Rikardo (1926). Argentinanın dövlət və siyasi xadimi. Atası - İspaniya mühaciri, anası - İrlandiya mühacirinin qızıdır. Əvvəlcə hərbi litsey, 1950 ildə isə La-Plata Milli Universitetinin hüquq fakültəsini bitirib. Vəkil, hüquq doktorudur.

Əmək fəaliyyətinə jurnalist kimi oaşlayıb. 1945 ildə Radikal Vətəndaş ittifaqına üzv olub. 1958-1962 - Buenos-Ayres əyalətinin qanunvericilik məclisinin deputatı, 1963-1966 və 1973-1976 - Milli Konqresin deputatı olub. 1967 - Buenos-Ayres əyalətinin valisi vəzifəsinə namizədliyi irəli sürülüb.

1972 ildə Radikal Vətəndaş ittifaqının mütərəqqi qanadının rəhbərlərindən biri, («Yenilik və dəyişikliklər hərəkatı») elə həmin ildə də insan hüquqlarının mühafizəsi assambleyası sədrinin müavini vəzifələrində çalışıb. 1983 ildə Radikal Vətəndaş ittifaqı, Milli Komitəsinin sədri işləyib, 30.X.1983 ildə prezident seçkilərində namizədliyi irəli sürülüb.

10.XII.1983-8.VII.1989 illərdə Argentinanın prezidenti olub.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində

...