Aleksandr III (1845-1894) - 01.111.1881 ildən Rusiya imperatoru; onun çarlığı dövründə Rusiyanın xarici siyasəti ehtiyatlı tərpənmək və daxili ziddiyyətləri kəskinləşdirə biləcək xarici münaqişələrdən uzaq olmaq cəhdləri ilə səciyyələnib. A. Ill Almaniya və Avstriya-Macarıstanla yaxınlığa hazır olduğunu nümayiş etdirirdi. 1881 ildə Rusiya-Almaniya-Avstriya Üç imperatorun ittifaqını imzaladılar; saziş formal olaraq 1884 ilədək uzadıldı, lakin 1882 ildə Almaniya, Astriya-Macarıstan və İtaliya təcavüzkar Üçlər ittifaqının yaradılması ilə öz dəyərini itirdi. Balkanlarda vəziyyətlə bağlı Avstriya-Macarıstanla münasibətlərin kəskinləşməsi və A.lll-ın Almaniyanın dünya ağalığı iddiaları ilə razı olmaması onu Fransa ilə ittifaqa sövq etdi və bu ittifaq 1891- 1993 illərdə son olaraq qəti şəkildə formalaşdı.
Aleksandr III-ün çarlığı dövründə diplomatik təcrübədə bəzi islahatlar həyata keçirildi. Çarın əmrilə XİN-in yazışmalarında fransız dili rus dili ilə əvəz edildi. Lakin bununla belə fransız dilində keçirilmiş danışıqlar haqqında məlumat verdikdə fransız dilindən istifadəyə də icazə verilirdi. 1888-ildə XİN (Xarici işlər idarəsi) ilə səfirliklər arasında təcili kuryer (Diplomatik kuryer) əlaqələri təsis edildi. Xarici dövlətlərlə, ələlxüsus yeni missiyalar (Diplomatik missiya) yaratmaqla əlaqələr xeyli genişləndi.