+1 səs
189 baxış
Şəxslər, Tarix bölməsində

Aleksandr I  kimdir?

1 cavab var:

0 səs
 

Aleksandr I (1777-1825). 12.111.1801 ildən Rusiya imperatoru; hakimiyyətin ilk günlərindən Avropada hökmranlıq uğrunda vuruşan İngiltərə və Fransa ilə dostluq və əməkdaşlıq əlaqələri yaratmağa cəhd göstərib. Həmin məqsədlə də 1801 ildə onlarla sülh müqaviləsi (Beynəlxalq müqavilə) imzalayıb. Sonradan I Napoleonun (Napoleon I Bonapart) təcavüzkar siyasəti üzündən Rusiya-Fransa münasibətləri xeyli kəskinləşdikdə, rus çarı 1805-1807 illərdə Fransaya qarşı III və IV koalisiyalarda iştirak edib. Koalisiyaların hərbi məğlubiyyətləri müharibənin qurtarmasına və 1807 il Tilzit sülh müqaviləsinin bağlanmasına gətirib çıxarıb. Rusiyanın İngiltərə-Fransa müharibəsində bitərəfliyi və Aleksandr I-in kontinental blokada rejimini möhkəmləndirməkdən imtina etməsi Rusiya-Fransa münasibətlərini pisləşdirmiş və 181 2 il müharibəsinə gətirib çıxarmışdı. Fransa ordusunun Rusiyadan qovulmasından sonra Aleksandr I M.i.Kutuzov və digər dövlət xadimlərinin rəyinə rəğmən, başqa ölkələrin ərazisində hərbi əməliyyatları davam etdirməkdə israrlı olmuşdur. Napoleon üzərində qazanılan qələbə ilə xeyli dərəcədə nüfuzu artan Rusiya beynəlxalq siyasətə ciddi təsir göstərmək imkanı əldə etmişdi.

Aleksandr I 1814-1815 illər Vyana konqresində iştirak etmişdir. Müqəddəs İttifaqın yaradıcılarından biri kimi, bütün konqreslərdə (Beynəlxalq konqreslərdə) aparıcı rol oynayıb. Çarlığının son illərində Balkan məsələsinə böyük diqqət yetirib. Bu məsələ 1821 ildə yunanların Osman imperatorluğuna qarşı üsyanı nəticəsində daha da kəskinləşmişdi.

Aleksandr I-in dövründə Rusiya-Amerika münasibətlərinin əsası qoyulub. 1809 ildə ABŞ ilə Rusiya arasında elçilər səviyyəsində nümayəndə heyətlərinin mübadiləsi olub.

Aleksandr I Şərqlə bağlı qatı müstəmləkə siyasəti aparıb, istilaçı xəttin bir qolu Qafqaz istiqamətində həyata keçirilib. Gürcüstan Rusiyaya zorla qatılandan sonra, Aleksandr I-in əmrilə rus silahlı qüvvələri Azərbaycana yönəldilib. Bu istilaçı siyasətin nəticəsi olaraq, ilk Rusiya - iran müharibəsi başlanmış və 1813 ildə Gülüstan müqaviləsi ilə başa çatmışdır. Bununla da, Azərbaycanın ikiyə parçalanması kimi milli faciənin başlanğıcı qoyulmuşdu.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 19 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
...