+1 səs
170 baxış
Qanun, Hüquq bölməsində

Alexsiras Konfransı nədir?

1 cavab var:

0 səs
 

Alexsiras Konfransı (1906).15.1- 7.V ildə Alxesirasda (İspaniya) Alma niyanın təşəbbüsü ilə keçirilib. Mərakeşdə möhkəmlənməyə çalışan Almaniya bu ərazidə Fransa protektoratının bərqərar olmasına maneə olmağa çalışırdı. Mərakeşdə Fransa-Almaniya rəqabəti 1905 ildə Mərakeş böhranına gətirib çıxarmış və bu da 11 Avropa dövlətinin (Almaniya, Fransa, İngiltərə, Avstriya-Macarıstan,' Rusiya, İtaliya, İspaniya, Belçika, Niderland, Portuqaliya və İsveç) və eləcə də ABŞ və Mərakeşin iştirakı ilə A.k.-nın çağrılmasına səbəb oldu. A.k. formal olaraq Mərakeş sultanının müstəqilliyini, “onun dövlətinin bütövlüyünü" və eləcə də Mərakeşin “iqtisadi münasibətlərində” bütün millətlər üçün “tam bərabərlik və sərbəstlik” elan edirdi. Lakin A.k.-da qərara alındı ki, İngiltərə, Almaniya, İspaniya və Fransanın nəzarəti altında Mərakeş dövlət bankı yaradılacaq, Mərakeş polisinə rəhbərlik isə Fransa və İspaniyaya həvalə olunacaqdır. Mərakeş kömrükxanaları üzərində beynəlxalq nəzarət yaradılırdı. Bununla da Almaniyaya Mərakeşdə öz mövqelərini gücləndirmək nəsib olmadı.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...