+1 səs
286 baxış

Smerçlər, tromblar, tornadolar 

1 cavab var:

0 səs

Güclü qasırğa zamanı buludlardan “quyruq” şəklində enən burulğanlar kiçik ölçüdə olsalar da (50- 500 m en kəsiyində), çox təhlükəli təbiət hadisələridir. Onlar smerç, tromb (ital. “tromba”- boru), Şimali Amerikada isə tornado adlanırlar. Bu burulğanlar havanın temperaturunun yüksəklikdə kəskin şəkildə aşağı düşməsi nəticəsində əmələ gəlir. O, sürətlə yuxarı qalxır və spiral kimi burulur. Nəticədə buludlardan enən fil xortumuna bənzər “dirək” əmələ gəlir. Əgər belə “boru” buludlan su və ya quru ilə birləşdirirsə, deməli, smerç artıq fonnalaşmışdır.

Kəskin təzyiq fərqindən yaranan xortumvari, spiralvari əsən külək sürətli hərəkəti zamanı qarşısına çıxan toz, qum, yarpaq, budaq, su, bəzən hətta, balıq, qurbağa və s. cisimləri havaya qaldırır, spiralvari şəkildə onları hərəkət etdirərək uzaq məsafələrə aparır. Onların yerə tökülməsi yerli əhalidə təşviş, vahimə yaradır. Hava sütununun qarşısına evlər çıxdıqla çardağı qoparır, pəncərələri sındırır, elektrik dirəklərini qoparır, ağacları dibindən çıxarır. Tornado sütunu spiralvari şəkildə 300 m/san (1000 km/saatdan da çox) sürətlə hərəkət edir. Ona görə də tornado Yer səthindən evləri, dəmiryol vaqonlarını tamamilə qaldırıb apara bilər. Hər il tomadodan 400-ə yaxın adam ölür.

İsti yay günlərində qasırğa Rusiyanın orta qurşaqlarında da ola bilər. Lakin, onun gücü Şimali Amerikada olduğu qədər dağıdıcı deyil.

Oxşar suallar

...