+3 гол-в
158 просмотров
от в категории Qanun, Hüquq

Albaniya-İtaliya Müqavilələri Və Sazişləri necədi?

1 Ответ

+2 гол-в
от
 
Лучший ответ

Albaniya-İtaliya Müqavilələri Və Sazişləri. İtaliyada Mussolini rejimi ilə 1924 ilin dekabrında xarici dövlətlərin köməyi ilə Albaniyada hakimiyyəti ələ keçirən diktator Əhməd Zoqu (1.IX. 1928 ildən Albaniya kralı) arasında bağlanan və əslində Albaniyanı faşist İtaliyasının qeyri-məhdud nəzarəti altına salan qeyri-bərabər hüquqlu sənədlərdir.

1) 1925 il məxfi «müdafiə» müqaviləsi (Beynəlxalq müqavilə); - 26.VIII. Tiranada imzalanıb. Albaniyaya onun müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yarandığı halda hərbi «köməklik» göstərilməsinin şərtlərini təsbit edirdi. Birgə hərəkətlər zamanı alban ordusu İtaliya ordusunun Baş qərargahına tabe olmalı idi. Albaniya İtaliyanın iştirakı olmadan digər dövlətlərlə hər hansı hərbi müqavilə və ittifaq bağlamamaq barədə təəhhüd götürürdü.

2) 1926 il «dostluq və təhlükəsizlik» müqaviləsi («Tirana paktı») 5 il müddətinə 27.XI imzalanıb. Albaniyanın siyasi, hüquqi və ərazi statuskvosunun pozulmasının razılaşan tərəflərin siyasi maraqlarına zidd olduğunu təsbit edirdi. Tərəflər onlardan birinin maraqlarına zidd olan siyasi və hərbi sazişlər imzalamamaq barədə öhdəlik götürürdülər. İtaliya Əhməd Zoqunun diktator rejimini qoruyub saxlamağın qarantı kimi çıxış edir, həm də Albaniyanın digər ölkələrlə müqavilə və s. münasibətlərinin inkişafı yolunda əngəllər yaradırdı.

3) 1927 il «müdafiə ittifaqı» müqaviləsi (Tirana paktı), 20 il müddətinə 22.XI. imzalanıb. Hər iki dövlətin onlardan birinə qarşı müharibə olduğu təqdirdə əlbir çıxış etməyi hərbi, müttəfiq, hər cür hərbi, maliyyə və s. yardım göstərilməsini nəzərdə tuturdu, italiyanın Albaniyadakı elçisi Solanın məktubunda, bu isə müqavilənin ayrılmaz tərkib hissəsi sayılırdı, hərbi əməliyyatlara rəhbərliyin və müttəfiq ərazilərdən istifadənin prinsipləri müəyyən edilirdi. Üçüncü dövlətə qarşı hərbi əməliyyatlar aparmaq təşəbbüsü bütünlüklə İtaliyaya verilirdi. Bunun ardınca bir ildən sonra sözügedən müqaviləyə əlavə kimi hərbi konvensiyalar imzalandı. Konvensiyalarda tərəflərin müharibə şəraitində hərəkətlərinin tam reqlamentasiyası verilir, Alban ordusunun təşkilati baxımdan İtaliya Baş qərargahına tabeliyi nəzərdə tutulurdu.

4) 1936 il sazişi (məxfi) və onunla eyni vaxtda (19.111) bağlanan iqtisadi xarakterli 8 sazişi; italiyanın Albaniyaya 9 mln. alban frankı məbləğdə kredit vermək barədə öhdəliyini təsbit edirdi. Əvəzində İtaliya Kuçovo şəhəri rayonunda bir sıra yeni neft konsenssiyaları (Beynəlxalq konsessiya) alır, italiyanın rəhbərliyi altında Albaniyanın k/t bankını yaradılır, Vlyörü şəhəri rayonunda bir sıra hərbi istehkamlar inşa etmək və Durres şəhərində liman tikintisini sürətləndirmək hüququ əldə edilir. İtaliya həmçinin hər il Albaniyaya 3,5 mln. alban fr. Məbləğdə kredit verməyi vəd edirdi, bir şərtlə ki, alban ordusu 6675 əsgər və zabitdən çox olmayacaq və bütün xarici müşavirlər və təlimatçılar bu ordudan kənarlaşdırılacaq və onların yerini italyanlar tutacaqlar: İtalyan təbəələrinə maneəsiz Albaniyada yaşamaq icazəsi verilirdi. Saziş faşist İtaliyasının Albaniyanın bütün həyati sahələrində qəti şəkildə təmsil olunmasına imkan verdi və ölkənin 1939 ildə İtaliya qoşunları tərəfindən işğalınä şərait yaratdı.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 21 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 20 Янв, 20 от аноним в категории Şəxslər, Tarix
+2 гол-в
2 ответов
+3 гол-в
1 ответ
спросил 18 Янв, 20 от аноним в категории Qanun, Hüquq
...