+1 səs
170 baxış

Aland Konqresi nədir?

1 cavab var:

0 səs
 

Aland Konqresi (1718-1719). 1700-1721 il Şimal müharibəsi zamanı Aland arxipelaqının Sumdşera adasında keçirilib. Aland konqresində (Beynəlxalq konqres) Rusiya və İsveç arasında sülh danışıqları aparılıb. Rusiya müvəkkillərinin təklif etdikləri sülh müqaviləsi layihəsinə əsasən, rus ordusu tərəfindən zəbt edilmiş bütün torpaqlar (Finlandiya istisna olmaqla), inqriya, Kareliya, Riqa qarışıq Liflandiya və Revellə birlikdə Estlandiya, habelə Vıborq Rusiyaya birləşdirilirdi. Rusiya hökuməti İsveçə məxsus olmuş Bremen və Verden hersoqlarını ələ keçirən Hannoverə qarşı hərbi əməliyyat üçün İsveçə 20 min əsgər verməyi öhdəyə götürürdü. A.K-İ fasilələrlə keçirilmiş və İsveçin Liflandiyanı Rusiyaya vermək istəməməsi üzündən nəticəsiz qalmışdır. Rusiya ilə İsveç arasında ərazi məsələlərinə 1721 ildə Niştad sülhü ilə qəti olaraq son qoyuldu.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...