Akkerman Konvensiyasi (1826). 1812 il Buxarest sülhünə (Buxarest sülh müqavilələri) əlavə olaraq, 07.X. Rusiya ilə Türkiyə arasında imzalanmışdır. Türkiyə Buxarest sülhü ilə Moldaviya, Valaxiya və Serbiyaya verilmiş imtiyazları təmin etməyi öhdəsinə götürdü, Rusiya Türkiyənin ərazisində və sularında sərbəst ticarət aparmaq hüququ aldı.