+1 səs
211 baxış

Tayfun və qasırğa

1 cavab var:

0 səs

Yer kürəsində ən təhlükəli və dağıdıcı təbiət hadisələrindən biri tropik siklonlardır. Asiyanın şərq sahillərində və Sakit okean adalarında onu tayfun, Şimali Amerikada isə tornado adlandırırlar. Onlar çoxlu bədbəxtlik gətirirlər: sürəti 90-110 m/san olan küləklər, ka-tastrofik yağışlar, daşqınlar, okeanda fırtınalar çox təhlükəlidir. Tayfunların gücü çox dəhşətlidir: tayfun gün ərzində Xirosimaya atılan atom bombasının partlayışından ayrılan enerjidən 500 min dəfə çox enerji yaradır.

Adətən, tropik siklonlar böyük olmayıb, 300-1000 km məsafədə yayılır. Enən hava kütlələrinin hakim olduğu siklonun mərkəzində külək və bulud müşahidə edilmir. Bu mərkəz “qasırğa gözü” adlanır. Bura düşən hər kəs xilas olduğunu deyil, ən dəhşətli təhlükəni gözləməlidir: “gözün” sərhədində yağış və külək onqat artıq qüvvə ilə zərbə endirəcəkdir. Bəşər tarixi boyu tropik siklonlann törətdiyi çox dəhşətli nümunələr toplanmışdır.

Oxşar suallar

0 səs
0 cavab
0 səs
0 cavab
0 səs
0 cavab
...