Akino Korason (1933) - Filippin Respublikasının prezidenti. NyuYorkda hüquq təhsili alıb. Görüşləri əri B.Akinonun təsiri altında formalaşıb. 80-ci illərin əvvəllərindən fəal siyasi həyata qoşulub. F.Marks rejiminə qarşı tənqidi çıxışlar edib. 7 fevral 1986 ildə, vaxtından əvvəl keçirilən seçkilərdə K.A. seçicilərin əksər səsini qazanıb. 25 fevral 1986 ildə F.Markos prezident səlahiyyətlərindən imtina edərək ölkədən gedən günü K.A. prezident elan edilmiş və hökumətə başçılıq etmişdir.