Akixito (1933) - Yaponiyanın 125-ci imperatoru; 1940-1952 illərdə perlər məktəbində və Qakusyuin ali oğlanlar məktəbində oxuyub. 1956 ildə Qakusyuin Universitetinin siyasi-iqtisad fakültəsini bitirib. 10 noyabr 1952 ildə, 18 yaşında ikən varis - şahzadə elan edilib. 22.IX.1988 - 7.1.1989 - tarixdə atasının xəstəliyilə əlaqədar imperatorun səlahiyyətlərini yerinə yetirib. 7 yanvar 1989 ildə taxta çıxıb.