+2 səs
270 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Neçə materik var? 

2 Cavab

0 səs
 

Təəccüblü olsa da, bu suala cavab vermək çətindir. Məsələ bundadır ki, materiklər (kənarda qalan Antarktidadan başqa) tam olaraq bir-birindən ayrılmayıb. Şimali və Cənubi Amerikanın sərhədi Panama bərzəxindən, Afrika və Avrasiyanın sərhədi Sina yarımadasından, Avrasiya və Avstraliyanın sərhədi şərti olaraq Malay arxipelaqı yaxınlığından keçir. Avrasiyanın və Şimali Amerikanın sualtı əraziləri (şelfləri), Berinq boğazı yaxınlığında hiss olunmadan birbirinə qovuşur. Tarixdə bir neçə dəfə baş verdiyi kimi, dəniz şelfi tərk etsə, onda Yer kürəsində cəmi iki materik massivinin olduğu aydın görünər. Biri Avrasiyadan, Avstraliyadan, Afrikadan, Şimali və Cənubi Amerikadan və onları birləşdirən bərzəx və şelflərdən, digəri isə kənarda qalan Antarktidadan ibarət olar. Demək olar ki, bütün materiklər də, okeanlar kimi, vahiddir. Dünya okeanı ilə ən az əlaqəsi olan Şimal Buzlu okeanı və Antarktida, bu cəhətlərilə oxşardır.

0 səs
6 Materik var

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
+2 səs
2 cavab
0 səs
1 cavab
soruşub 03 Avqustda anonim Terminlər, Sözlər bölməsində
...