+2 səs
275 baxış
Qanun, Hüquq bölməsində

Afrika Birliyi Təşkilatı nədir?

1 cavab var:

0 səs
 

Afrika Birliyi Təşkilati (ABT). Hökumətlərarası beynəlxalq regional təşkilat: (Beynəlxalq hökumətlərarası təşkilat)', 1964 ildə Afrikanın müstəqil ölkələrinin hökumət və dövlət başçılarının (Hökumət başçısı, Dövlət başçısı) Əddis-Əbəbə konfransında (Beynəlxalq konfranslar) təsis edilib. Elə həmin konfransda Afrikanın 51 dövləti ABT-in üzvlüyündə təmsil olunub. CAR ABT-ə daxil deyildir. Mərakeş isə 12.XI.1984 ildə ABT Məclisinin 20-ci sessiyasında Səhara Ərəb Demokratik Respublikasının ABT sıralarına qəbul edilməsinə etiraz əlaməti olaraq təşkilatdan çıxdığını elan edib. ABT-in təsis günü - 25 may hər il Afrikanın Azadlığı Günü kimi qeyd olunur.

ABT xartiyasına görə bu təşkilatın əsas məramı Afrika ölkələri arasında hərtərəfli siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək və «Afrika xalqlarını daha yaxşı həyatla təmin etmək» üçün beynəlxalq sahədə onların həmrəyliyini möhkəmləndirməkdən ibarətdir. ABT-in ali orqanı - dövlət və hökumət başçılarının Məclisidir. Məclis ildə bir dəfə sessiya zamanı toplanır. Ali icra orqanı - ildə 2 dəfə sessiya zamanı toplanan Nazirlər Şurasından, daimi inzibati orqan isə - Baş katiblikdən ibarətdir. ABT orqanlarının qərarları tövsiyə xarakteri daşıyır.

ABT qərargahı Əddis-Əbəbədə yerləşir. ABT BMT-də və onun ixtisaslaşdırılmış idarələrində müşahidəçi statusuna malikdir. Bu idarələrlə əlaqələr Nyu-Yorkda və Cenevrədəki bürolar vasitəsilə həyata keçirilir.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
2 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...