Afina Sülh Müqaviləsi (1913). 14.XI. ikinci Balkan müharibəsindən sonra Türkiyə ilə Yunanıstan arasında bağlanıb. Diplomatik və konsulluq əlaqələrinin (Diplomatik münasibətlər, konsul münasibətləri) bərpasını, optantlar (vətəndaşlığı seçən şəxslər) üçün mülkiyyət hüququnun, dəmir yol ları üzərində hüquq və vəzifələrin Yunanıstan hökumətinə verilməsini nəzərdə tuturdu. Afina Sülh Müqaviləsi Egey adaları üstündə az qala Türkiyə ilə Yunanıstan arasında başlanacaq yeni müharibənin qarşısını aldı və bu adaların kimə məxsus olduğunu həll etmək üçün həmin məsələnin iri dövlətlərin müzakirəsinə verilməsinə dair 1913 il London sülh müqaviləsinin 5-ci maddəsini təsdiq etdi.