Ad Referendum (lat. - son qəraradək). Ali instansiyanın təqdiri şərtilə deməkdir. Belə qeyd-şərt danışıqlar aparan şəxs tərəfindən hər-hansı sazişin, aktın, layihənin və ya təklifin imzalanması zamanı onun imzasının şərti xarakter daşıdığını və hökumətinin təqdirinə ehtiyacı olduğunu göstərmək üçün istifadə edilir.