Ad HOC (lat. Hazırkı hal üçün, müəyyən məqsəd üçün, məxsusi). Diplomatiyada müvəqqəti hal daşıyan, qarşıya qoyulan məxsusi məsələləri yerinə yetirmək üçün nəzərdə tutulan diplomatik missiyaların, xüsusi nümayəndələrin, məxsusi təşkilatların, komitələrin və işçi qrupların fəaliyyətini tənzimləyən normalardır, Ad HOC arbitrajına, yaxud Ad HOC münsiflər məhkəməsinə müraciət edərkən tərəflər hər bir konkret halda, onlar arasında baş verən mübahisəni həll etmək üçün arbitrac, ya da məhkəmə orqanı yaradırlar. Belə yolla yaradılan məhkəmə qərar çıxardıqdan sonra öz fəaliyyətini dayandırır.