Adenauer Konrad (1876-1976). AFR-in siyasi dövlət xadimidir. 1945- 1963 illərdə AFR-in federal kansleri və eyni zamanda 1951-1955 illərdə xarici işlər naziri vəzifələrində çalışmışdır. Hitler hakimiyyətə gələnə qədər Köln şəhərinin oberburqomistri olmuşdur. Ölkədə faşizm rejimi bərqərar olandan sonra həbs olunmuşdur, ikinci dünya müharibədən sonrakı dövrdə Almaniyanın beynəlxalq təcriddən xilas olması istiqamətində uğurlu siyasət aparmışdır. 1951 ildə gələcək Avropa Birliyinin (Avropa Birlikləri) ilkin variantı olan Avropa daş kömür və Polad birliyinin yaranmasının təşəbbüskarı olmuşdur. Kommunist ideologiyasına qarşı qatı düşmən olmasına baxmayaraq, SSRİ ilə diplomatik münasibətlər yaratmışdır. Bütün ömrü boyu alman torpaqlarının yenidən birləşməsi uğrunda mübarizə aparmışdır.