+1 səs
210 baxış

Bora nədir?

1 cavab var:

0 səs
 

Fırtına gücünə malik, dağdan dərəyə doğru əsən soyuq külək bora adlanır. Adətən o, alçaq dağ yollarından və aşırımlarından yaxınlıqda yerləşən dəniz və ya iri göl sahillərinə əsir. İsti sular soyuq küləklərlə qarşılaşdıqda, temperatur fərqləri yaradır və küləyin sürətini artırır.

Bora xüsusilə donmayan dəniz və göllərin sahillərində şaxtalı havada daha təhlükəlidir. Külək su zərrələrini havaya qaldırır, onlar sahildə dayanan gəmilərin kənarlarında (küləktutan tərəfdə) donur, 20-30 dəqiqə ərzində gəmi ağ örpəyə bürünür, ağırlaşır, onun batma təhlükəsi yaranır. Belə qəzalar dəfələrlə Novorossiyskdə, Şimal Buzlu okeanındakı Yeni Torpaq arxipelaqının sahillərində, Adriatik dənizinin şərq sahillərində baş vermişdir. Boranın başqa yerli adları da mövcuddur: xəzri - Bakıda, mistral - Fransanın Aralıq dənizi sahillərində və s.

Oxşar suallar

0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 17 Sentyabrda anonim
0 səs
0 cavab
soruşub 11 Sentyabrda anonim Biznes, Maliyyə bölməsində
0 səs
0 cavab
soruşub 15 İyulda anonim
0 səs
0 cavab
soruşub 15 İyulda anonim Qanun, Hüquq bölməsində
...