BMT-nin Dəniz hüququna dair 1982 il konvensiyasına uyğun olaraq, adalar su əhatəsində təbii surətdə yaranan və su axarı zamanı ondan yüksəkdə qərar tutan quru hissə kimi səciyyələnir. Adaların ərazi suları, bitişik zonası, iqtisadi zonası və kontinental şelfi Konvensiyanın başqa quru ərazilərə tətbiq edilən müddəaları ilə müəyyən olunur. Adalar rejimi insan həyatını və onun müstəqil təsərrüfat fəaliyyətini tənzimləməkdə işə yaramayan qayalara və iqtisadi zonalara, kontinental şelfə aid edilmir. Göstərilən rejim süni adalara şamil olunmur.