Giriş
Xatırla
Qeydiyyat
Cavab
Suallar
Sual vermək
Sual vermək
Baş səhifə
Şəhər, Ölkə, Coğrafiya
Atmosferin quruluşu necədir?
Atmosferin quruluşu necədir?
+1
səs
293
baxış
soruşub
18 Yanvarda, 20
—
anonim
Şəhər, Ölkə, Coğrafiya
bölməsində
Atmosferin quruluşu necədir?
atmosfer
Sizin cavab
Əgər cavab seçilib və ya şəhr olunubsa bu e-mail ünvana bildiriş məktubu göndərilisin:
Əgər cavab seçilib və ya şəhr olunubsa mənə bildiriş məktubu göndərilisin
Məxfilik: Sizin E-mail ünvan bildiriş göndərilməsi üçün istifadə olunacaq.
1
cavab var:
+1
səs
cavab verib
18 Yanvarda, 20
—
anonim
Atmosfer bir-birindən temperaturuna, qaz tərkibinə görə fərqlənən bir neçə qata ayrılır. Onun aşağı qatı - troposfer (yun. "tropos" - dönmə, dəyişiklik) istiliyi aşağıdan, günəş şüaları ilə qızdırılan Yer səthindən alır. Günəş şüalarının birbaşa udulması nəticəsində havanın aldığı istilik Yerdən aldığından on dəfələrlə azdır. Yüksəklik artdıqca havanın temperaturu aşağı düşür. Troposferin üst sərhədində temperatur -55°C-yə qədər azalır. Bu, onun müqabilində baş verir ki, Yer səthindən qalxan hava genişlənir, soyuyur. Su buxarının kondensasiyası zamanı ayrılan istilik olmasaydı, o daha soyuq olardı.
Troposferdən yuxarıda daim aşağı temperatura malik olan tropopauza (yun. "pauzis" - qurtarma) yerləşir. Günəş şüalarının dik düşdüyü və ya demək olar ki, qurunun və dənizin bərk qızdığı tropik enliklərdə bu qat 14-16 km hündürlükdə yerləşir. Günəş şüalarının Yer səthinə maili düşdüyü və zəif qızdırdığı qütb enliklərində tropopauza aşağıda - 8-10 km hündürlükdə olur.
Tropopauzadan yuxarıda yerləşən qat stratosfer (yun. "stratum" - lay) adlanır. Yüksəlişin ölçüsünə görə hava, onda əvvəlcə yavaş, sonra isə sürətlə, 50 km-ə yaxın yüksəklikdə təqribən -3°C-yə qədər qızır. Bu, hər şeydən öncə, ozon (O3) tərəfindən ultrabənövşəyi günəş şüalarının udulması sayəsində baş verir.
Ozon qatından yuxarıda - mezosferdə (yun. "mezos” - orta) temperatur yenidən hündürlükdən asılı olaraq azalmağa başlayır. Havanın yenidən qızması termosferdə (yun. "termos" - isti) baş verir. Bunun da başlıca səbəbi ultrabənövşəyi şüaların udulması və atmosferdəki qaz atomlarının və molekullarının ionlaşması və elektronlaşmasıdır. 1000 km-dən yuxarı ekzosferdə (yun. "ekzo" - kənar) qaz hissəcikləri (əsasən hidrogen) yerətrafı kosmik məkana səpələnir və bizim planetin hüdudlarını birdəfəlik tərk edir.
Atmosferin 50 km-dən yuxarıda yerləşən qatları elektriki keçirir və radiodalğaları əks edir. Bu isə Yerin ətrafında uzaq radioəlaqələr yaratmağa imkan verir. İonlar çətin kimyəvi reaksiyalar zamanı yarandığı üçün, atmosferin yuxarı qatlarını (mezosferi və termosferi) da ionosfer adlandırırlar. Günəş radiasiyasının təsirilə atmosferin yuxarı qatlarında müntəzəm olaraq işıqlanma yaranır. Onun ən effektli forması qütb parıltısıdır.
Qeyd edilən atmosfer qatlarının, demək olar ki, hamısını Günəş sisteminin atmosferə malik olan digər planetlərində də aşkar etmək olar. Stratosfer yalnız təkcə Yer kürəsində mövcuddur. Onun ozon qatı həyatın yaranması üçün nadir şərait yaradır.
Bölmələr
Bütün bölmələr
Terminlər, Sözlər
(256)
İnternet, Kompüter
(100)
Nəqliyyat
(4)
Biznes, Maliyyə
(163)
Qanun, Hüquq
(226)
Fəlsəfə, Dərkedilməyən
(44)
Şəhər, Ölkə, Coğrafiya
(205)
Heyvanlar, Bitkilər
(98)
Gözəllik, Geyim
(8)
Tibb, Sağlamlıq
(603)
Elm, Təhsil, Dillər
(91)
Cəmiyyət, Siyasət, KİV
(637)
Ailə, Uşaqlar, Ev
(7)
Mallar, Xidmətlər
(5)
Yemək, Aşpazlıq
(82)
Ünvanlar, Nömrələr
(4)
Elektronika, Texnika
(14)
Proqramlar, Oyunlar
(14)
Filmlər, Mahnılar, Kitablar
(11)
Əyləncə, Asudə
(4)
İş, Karyera, Peşə
(43)
Mədəniyyət, İncəsənət
(15)
Şəxslər, Tarix
(183)
Bürclər, Fal, Magiya
(146)
Tanışlıq, Sevgi, Münasibət
(1)
Tikinti, Təmir
(6)
Digər
(47)
Oxşar suallar
+1
səs
1
cavab
Atmosfer neçə qatdan ibarətdir?
soruşub
25 Dekabrda, 20
—
anonim
Şəhər, Ölkə, Coğrafiya
bölməsində
atmosfer
+1
səs
0
cavab
torpaqların quruluşu və xusisiyəti
soruşub
09 Martda, 21
—
anonim
Şəhər, Ölkə, Coğrafiya
bölməsində
0
səs
1
cavab
BVF-nin təşkilati strukturu necədir?
soruşub
19 Avqustda, 21
—
anonim
Biznes, Maliyyə
bölməsində
bvf
+2
səs
1
cavab
Arktikanın hüquqi rejimi necədir?
soruşub
26 Yanvarda, 20
—
anonim
Qanun, Hüquq
bölməsində
arktika
hüquq
+1
səs
1
cavab
Dövlətin daxili quruluşu
soruşub
12 Oktyabrda, 19
—
anonim
dövlət
...