Müharibə aparan dövlətlərin biri tərəfindən dağıntı və insan tələfatının qarşısının alınması üçün qorunan elan edilmiş şəhər. Açıq Şəhərdə hərbi obyektlər, qoşunlar və müdafiə vasitələri olmur. 1907 il Haaqa konvensiyasının (Haaqa konfransları 1899 və 1907) 25-ci bəndi Açıq Şəhəri hər hansı yolla olursa-olsun bombalamağı və bu şəhərə hər hansı bir hərbi müdaxiləni qadağan edir. ikinci dünya müharibəsi zamanı Paris və Roma Açıq Şəhər elan edilmişdi.