1899 ildə ABŞ-ın dövlət katibi C.Heyin Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya və Yaponiya hökumətlərinə göndərdiyi notalarda (Diplomatik nota) irəli sürülmüşdü. Çində azad ticarət və bərabər imkanlar prinsipinin həyata keçirilməsini tələb edirdi. 20.III. 1900 ildə C.Hey nota göndərərək ölkələrin bu prinsiplərə qoşulduqlarını elan etdi. Açıq Qapilar Siyasəti iri dövlətlərin əlində rəqibləri sıxışdırmaq aləti idi.