Açeson Din Qudercem (1893- 1971). 1941-1945 illər ABŞ dövlət katibinin köməkçisi, 1943-1945 illərdə YUNRRA Şurasında ABŞ nümayəndəsi, Birləşmiş Millətlərin 1944 il BrettonVuds konfransında (Bretton-Vuds sazişləri) ABŞ nümayəndə heyətinin başçısı; 1945-1947 ABŞ dövlət katibinin müavini olub, «Barruxa planının», «Trumen doktrinasının» və «Marşal planının» işlənib hazırlanmasında iştirak edib. 1949-1953 illərdə ABŞ dövlət katibi olub, NATO-nun yaradılmasında, «qarşılıqlı təhlükəsizliyin təmin olunması» proqramının həyata keçirilməsində fəal iştirak edib, «soyuq müharibə» tərəfdarı kimi tanınıb.