+1 səs
195 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

ABŞ Milli Təhlükəsizlik Şurasi (MTŞ) nədir?

1 cavab var:

0 səs
 

ABŞ prezidenti nəzdində xarici və hərbi siyasət məsələlərini əlaqələndirən başlıca orqan; 1947 ildə təsis edilib. MTŞ-in sədri - ABŞ prezidentidir; üzvləri - vitse-prezident, dövlət katibi və müdafiə naziridir. «Rəsmi müşavirlər» adı altında Mərkəzi Kəşfiyyat idarəsinin direktoru və Hərbi Qərargahlar Komitəsinin rəisi də buraya daxildirlər. 100 nəfərdən artıq işçisi olan MTŞə prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi başçılıq edir. 80 illərin əvvəllərindən MTŞ-in fəaliyyətində əsaslı dəyişikliklər baş verib. Bu orqan nəinki xariclə bağlı siyasi və hərbi orqanların fəaliyyətini əlaqələndirməyə, həm də milli təhlükəsizlik məsələlərinə dair mühüm qərarların hazırlanması və qəbuluna dair işlərin icrasına da cavabdehdir. MTŞ nəzdində idarələrarası 3 əsas bölmə - xarici siyasət məsələləri, müdafiə və kəşfiyyat sahəsində orqanlar yaradılıb. MTŞ-in iclasları həftədə bir dəfə Ağ evdə çağırılır. Müzakirələrin yekunu olaraq prezident tərəfindən qəbul edilən qərarlar «direktiv göstərişlər» adı altında icra olunmaq üçün təşkilat və idarələrə göndərilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
...